"Neftin qiymətinin artmasının xalqa nə xeyiri var" deyənlərə sillə kimi CAVAB: "Bu insanlar xalq deyil?"

"Deyirlər ki, neftin qiymətinin artmasının xalqa nə xeyiri var?. Bunu təhsilsiz bir adam deyəndə onu haradasa anlamaq olar. Amma ali təhsilli insanların bu ifadəni işlətməsi adamı dəhşətə gətirir".
KONKRET.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. O bu cür düşünənlərə suallar ünvanlayıb:
– Əsgərin geyimi və silahı hansı pulla alınır?
– 30 ildir qaçqınlarımıza ödənişlər hardan verilir?
– Onların yaşaması üçün şəhərciklər -evlər hardan tikilib?
– Müəllimin, mühəndisin, həkimin, şairin, qəzəl oxuyanın, metro qatarı sürənin, yol süpürənin və digərlərinin maaşı hardan verilir?
– Türkiyədən aldığımız dronun pulu hardan verildi?
– Erməni lobbisi müharibə vaxtı necə susduruldu?
– Azərbaycan əsgərinə dünyanın ən dadlı yeməkləri hardan verilir?
Nə qədər istəsəz saymaq olar. Mən sadə ifadələrlə ən çətin anlayanlar üçün yazdım. Realllıq budur ki, neft pulunun hamıya hər kəsə faydası var".
Eldəniz Əmirovun sözlərinə görə, bu pullardan vaxtilə səmərəli istifadə edilməməsi başqa məsələdir: "Hansısa məmur 5 manatlıq yol layihəsinin dəyərini 105 manat edib, çox pul yeyib. Hansısa məmur vəzifə səlahiyyətlərindən sui istifadə edərək gələn pulları öz vəsaiti kimi xərcləyib və sairə. Bütün bunları hər kəs bilir. Buna görə də vəzifədən uzaqlaşdırılanlar da oldu, həbs edilənlər də. Yəni hər şey mükəmməl deyil. Amma "neft pulundan xalqa nə xeyiri var" demək ədalətsiz ifadədir".
İqtisadçı ekspert əlavə edib ki, təkcə bu il Neft Fondundan dövlət büdcəsinə 12,78 milyard manat pul köçürüləcək ki, bu da sağlamlığını qurban verən qaziyə, canını fəda edən şəhidin ailəsinə, islah olunmaz tərbiyəsiz uşaqların əlində qalıb canından bezən müəllimə, 8 martda pul tələb edən direktora, süpürgə qədər dəyəri olmayan adamların atdığı zibilləri təmizləyən xadiməyə, elmdən başqa hər şeyə – fala, caduya, çöpçüyə inanan alimə ödəniş üçün xərclənəcək. Bu insanlar xalqın tərkib hissəsi deyil?".
Müşviq Tofiqoğlu
KONKRET.az
 

Sosial       Tarix: 19 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


yeni xeberler azerbaycan xeberleri son xeberler gunun xeberleri xeberler bu gun cəbhədən son xeber valyuta mezenesi