Neftlə bağlı HƏYƏCAN TƏBİLİ: İran Hörmüz boğazını bağlasa
"ABŞ və İran arasında mümkün hərbi toqquşma ehtimalının gündəmə gəlməsi neft bazarlarında dərhal risk qavrayışını yüksəldir. Xüsusilə, Hörmüz boğazı faktorunun yenidən müzakirəyə açılması bazarlarda psixoloji təzyiq yaradır, çünki qlobal neft daşımalarının əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.
"Hətta əməliyyatın məhdud və qısa müddətli olacağı ehtimalı belə treyderlər üçün qiymət artımı siqnalı kimi oxunur. Bu səbəbdən neftin qiymətində real təklif kəsintisi baş verməsə belə, gözlənti və spekulyativ faktorlar üzərindən sürətli bahalaşma dalğası yarana bilər".
Politoloq qeyd edir ki, enerji qiymətlərindəki artım təkcə neftlə məhdudlaşmaya bilər.
"Qaz bazarları, xüsusilə Avropa üçün alternativ mənbələrin məhdud olduğu bir dövrdə, Yaxın Şərqdə gərginliyin dərinləşməsi əlavə təzyiq yarada bilər. Bu vəziyyət inflyasiyanı yenidən sürətləndirə, mərkəzi bankların faiz siyasətini sərtləşdirməyə məcbur edə və qlobal iqtisadi bərpanı zəiflədər. Yəni mümkün hərbi toqquşma təkcə regional təhlükəsizlik məsələsi deyil, enerji bazarları üzərindən bütün dünya iqtisadiyyatına təsir göstərə biləcək ciddi bir risk amilidir".
Aynurə İsmayıl
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər