Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
Azərbaycan Televiziyasında tanınmış teleaparıcı Nərgiz Cəlilovaya yeni vəzifə həvalə olunub.
Bu barədə Open.az-a AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, peşəkar teleaparıcı TV-də Aparıcılar qrupunun bədii rəhbəri vəzifəsinə təyin olunub.
Bu vaxta kimi N.Cəlilova AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında kafedra müdiri vəzifəsində çalışırdı. O, həm də bu vəzifəsində qalacaq.
Nərgiz Cəlilova yeni təyinatı ilə bağlı danışarkən deyib ki, Akademiyaya gələn tələbələr arasında efirə yaraşanları kifayət qədərdir: "Teleradio Akademiyasına gələn tələbələr arasında çox yaxşı nitqi, səlis danışıq qabiliyyəti, gözəl efir səsi olan, savadlı gənclər var. Lakin sanki arada itirlər. Ona görə seçilən uşaqlarla əlavə məşğul olub, müəyyən formatlara hazırlamaq lazımdır. Biz aparıcının daha çox nəyə qadir olduğunu, hansı proqrama yaraşdığını müəyyən etməliyik. Bu, əsas məsələlərdən biridir. Kimsə xəbər proqramı üçün uyğun deyilsə, onu həmin formata yönləndirsək, bu, həmin şəxsin özü üçün də yanlış olar, problemlər yarana bilər".
N.Cəlilovanın sözlərinə görə, həm AzTV, həm "Mədəniyyət" kanalı, həm də İdman TV-nin aparıcıları ilə məşğul olacaq: "Çalışacağam ki, aparıcılarımızla daim təmasda olum, təcrübəmdən irəli gələrək bildiklərimi onlara çatdırım".
Məlumat üçün bildirək ki, Nərgiz Cəlilova 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayıb. Daha sonra o, müxtəlif televiziyalarda aparıcı, prodüser və digər vəzifələrdə çalışıb.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq