Nəsimi Ağayev ermənipərəst ABŞ konqresmenlərinin məqaləsinə cavab verdi

Nəsimi Ağayev ermənipərəst ABŞ konqresmenlərinin məqaləsinə cavab verdiNəsimi Ağayev ermənipərəst ABŞ konqresmenlərinin məqaləsinə cavab verdi
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ermənipərəst mövqeləri ilə seçilən ABŞ konqresmenləri Adam Şif (Adam Schiff) və Cəki Spierin (Jackie Speier) bu yaxınlarda dərc etdirdikləri, Azərbaycanı hədəf alan, saxta məlumatlarla zəngin və qərəzli məqaləyə cavab məqaləsi ilə çıxış edib.
Baş konsulluqdan bildirilib ki, məqalə fevralın 11-də ABŞ-ın "Medium" portalında dərc olunub.
"Konqres üzvləri Azərbaycan-Ermənistan münaqişəsini deyil, sülhü təşviq etməlidirlər" başlıqlı məqalədə baş konsul N.Ağayev Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq, işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqda geniş məlumat verir.
Ermənistanın son illərdə təxribatçı əməlləri barədə danışan baş konsul ötən ilin 27 sentyabrında Ermənistanın Azərbaycana qarşı qəfil hücuma keçdiyini bildirərək, 44 günlük müharibənin nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və suveren sərhədlərini bərpa etdiyini qeyd edir.
Müharibə zamanı döyüş meydanında uduzan Ermənistanın uşaqlar da daxil olmaqla mülki Azərbaycan vətəndaşlarını hədəfə alaraq vəhşi hərbi cinayətlər törətdiyini qeyd edən baş konsul "Human Rights Watch" və "Amnesty International" kimi beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq konkret faktları diqqətə çatdırır. Həmçinin, Ermənistanın Yaxın Şərqdən olan terrorçuları və Avropadan olan islamofob faşist qüvvələri Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb etdiyini vurğulayır.
Bütün bunların fonunda, baş konsul N.Ağayev sözügedən ABŞ konqresmenlərinin bütün bu illər ərzində Ermənistanın işğalçılığını, törətdiyi ağır cinayətləri, Xocalı soyqırımını, Qarabağdakı Azərbaycan mədəni irsini məhv etməsini nə üçün bir dəfə də olsun pisləmədiklərini sual edir.
Həmçinin, bu Konqres üzvlərinin işğal altında olan azərbaycanlıların evlərinin dağıdılmasını, kənd və şəhərlərimizin tamamilə yer üzündən silinməsini, bütün ərazilərin minalanmasını və hazırda Ermənistanın mina xəritələrini Azərbaycanla paylaşmaqdan imtina etməsini nəyə görə susqunluqla qarşıladıqlarını soruşur.
Sonda N.Ağayev hazırda Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması üzərində işin aparıldığını və bunun davamlı sülh üçün vacib olduğunu qeyd edərək bildirir ki, bütün bunların fonunda Konqres üzvləri münaqişəni uzatmaqla deyil, əldə olunmuş sülhü gücləndirməklə məşğul olmalıdırlar.
Məqaləni bu linkdə oxumaq olar: /oxu.az

Siyasi       Tarix: 12 fevral 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeberler bugun cəbhədən son məlumatlar novruz bayramı