Netanyahu güc strukturlarını topladı: Trampın İran planı İsraili hərəkətə keçirdi
ABŞ Prezidenti Donald Trampın İranla mümkün danışıqlara dair bəyanatı İsrail rəhbərliyində ciddi müzakirələrə səbəb olub. "The Times of Israel" nəşrinin məlumatına görə, Baş nazir Benyamin Netanyahu bu xəbərlər fonunda koalisiya liderləri və güc strukturlarının rəhbərləri ilə silsilə məsləhətləşmələr keçirib.
KONKRET.azxəbər verir ki, hökumət başçısı partiya liderləri ilə görüşərək ABŞ və İran arasındakı təmasların münaqişənin gedişatına göstərə biləcəyi təsirləri müzakirə edib. Məsləhətləşmələr səhər saatlarında güc strukturlarının rəhbərləri ilə davam etdirilib. Görüşlərdə əsas diqqət "Şirin nərəsi" (Lion"s Roar) əməliyyatı çərçivəsində atılacaq növbəti addımlara yönəlib.
İsrail rəhbərliyi müharibənin danışıqlar yolu ilə başa çatması ssenarisinə şübhə ilə yanaşır. Rəsmi Tel-Əviv hesab edir ki, Tehran hələ ABŞ-ın irəli sürdüyü şərtləri qəbul etməyə hazır deyil. Vaşinqtonun diplomatik fəallığı fonunda İsrail rəhbərliyi hadisələrin bütün mümkün inkişaf ssenarilərini diqqətlə hesablayır.
Natiq Səlim,
KONKRET.az

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK