Netanyahu müharibənin bitməsinə belə REAKSİYA VERDİ
Benyamin Netanyahu bildirib ki, atəşkəs rejimi Livan istiqamətinə şamil olunmur. Bu istiqamətdə İsrail ordusu Hizbullah-a qarşı əməliyyatları davam etdirir.
KONKRET.azxəbər verir ki, onun sözlərinə görə, atəşkəs yalnız İran-a qarşı hücumlara aiddir və Hörmüz boğazı açıldığı, eləcə də İranın ABŞ, İsrail və region ölkələrinə zərbələri dayandırdığı halda qüvvədə qalacaq.
"İki həftəlik atəşkəs Livan istiqamətinə şamil edilmir", – deyə Netanyahunun ofisindən bildirilib.
Bununla yanaşı, İsrailin rəsmi KAN telekanalına açıqlamasında qeyd edib ki, ölkədə Donald Trampın İranla bağlı atəşkəs qərarı müəyyən təəccüblə qarşılanıb.
Onun sözlərinə görə, İsrail tərəfi yenilənmiş məlumatı son anda, qərar artıq faktiki qəbul edildikdən sonra əldə edib. Bununla belə, rəsmi şəxs vurğulayıb ki, İsrail atəşkəs razılaşması üzrə öhdəliklərinə sadiqdir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur