Netanyahunun Azərbaycan səfərinə ŞOK ƏNGƏL: Türkiyə icazə vermədi! - FOTO
Türkiyə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan səfəri üçün hava məkanından istifadə etməsinə icazə verməyib.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli jurnalistlərə açıqlama verib.
"İsrailin baş nazirinin təyyarəsinə hava məkanımızdan istifadə üçün icazə verildiyi iddiaları tamamilə həqiqətə uyğun deyil. Bu barədə bizə heç bir rəsmi müraciət daxil olmayıb", – deyə diplomat bildirib.
Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi də məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Türkiyə Netanyahunun təyyarəsinə hava məkanından istifadə icazəsi verməyib.
"Sosial şəbəkələrdə Türkiyənin Netanyahunun təyyarəsi üçün hava məkanını açması ilə bağlı yayılan iddia həqiqətə uyğun deyil. İsrailin baş naziri Benyamin Netanyahunun mayın 7-də Azərbaycana səfəri üçün Türkiyə hava məkanının açılmasından söhbət gedə bilməz", – deyə mərkəzin açıqlamasında qeyd olunub.
Mərkəz həmçinin xatırladıb ki, Türkiyə İsrailin Qəzza zolağına qarşı soyqırım siyasəti ilə bağlı hava məkanını İsrail təyyarələri üçün bağlayıb.
Qeyd edək ki, Netanyahu mayın 7-11-də Bakıya səfər etməyi planlaşdırır. Ötən ilin noyabrında Ankara İsrail prezidenti İsaak Hersoqun təyyarəsinin hava məkanından keçməsinə icazə verməyib. Bu mövqe Qəzza zolağındakı vəziyyətlə əlaqədar ölkələr arasında münasibətlərin əhəmiyyətli dərəcədə soyuması ilə bağlıdır.

Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir