Netanyahunun "bufer" PLANI: Böyük müharibənin anonsu?

Yaxın Şərqdə onsuz da gərgin olan hərbi-siyasi vəziyyət Binyamin Netanyahu hökumətinin Livanın cənubunda təhlükəsizlik bufer zonasını genişləndirmək qərarı ilə yeni mərhələyə daxil ola bilər. Bu addımın İsrail ilə Livan arasındakı həssas balansı necə dəyişəcəyi, eləcə də Hizbullah faktorunun proseslərə mümkün təsiri beynəlxalq səviyyədə ciddi müzakirə olunur. Görəsən, bu qərar regionda genişmiqyaslı qarşıdurma riskini artıracaqmı?
Netanyahunun Züriyyə Qarayeva
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, bu addım faktiki olaraq sərhəd xəttinin "dərinləşdirilmiş müdafiə" konsepsiyası əsasında yenidən qurulması deməkdir. Onun sözlərinə görə, bu strategiya xüsusilə Hizbullahın raket və diversiya imkanlarını İsrail ərazisindən daha uzaqda saxlamağa hesablanıb.
"Bufer zonanın genişləndirilməsi qısa müddətdə İsrail üçün müəyyən taktiki üstünlüklər yarada bilər. Lakin bu addım qarşı tərəfin reaksiyasını daha da sərtləşdirəcək. Hizbullah bu qərarı Livanın suverenliyinə təhdid kimi qiymətləndirərək cavab zərbələrinin miqyasını genişləndirə bilər. Bu isə lokal toqquşmaların daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi riskini artırır".
Politoloqun fikrincə, bufer zonanın genişlənməsi Livan ərazisində faktiki nəzarət xəttinin dəyişməsi anlamına gəldiyindən, bölgədə qeyri-sabitliyin və müxtəlif insidentlərin artması ehtimalını yüksəldir.
"Bu qərar regionda onsuz da həssas olan balansı daha da pozur və beynəlxalq reaksiyaların sərtləşməsinə səbəb ola bilər. Onun sözlərinə görə, Livan hökuməti və digər regional aktorlar bu addımı ərazi bütövlüyünün pozulması kimi təqdim edərək diplomatik təzyiqləri artırmağa çalışacaqlar.
Yaranmış vəziyyət ABŞ və digər Qərb müttəfiqlərini də çətin seçim qarşısında qoyur. Belə ki, bir tərəfdən İsrailin təhlükəsizlik narahatlıqları, digər tərəfdən isə regionda eskalasiyanın qarşısını almaq zərurəti arasında balans tapmaq tələb olunur".
Nəticə etibarilə, politoloq hesab edir ki, təhlükəsizlik bufer zonasının genişləndirilməsi qısa müddətdə taktiki üstünlük versə də, uzunmüddətli perspektivdə regionda qeyri-sabitliyi dərinləşdirən və diplomatik həll imkanlarını zəiflədən faktor kimi çıxış edə bilər.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 31 mart 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun sonxəbərlər en son xeberler bu gun krminal bu gun