Netanyahunun ofisindən İranla bağlı TƏKZİB - Uoltsla əlaqələrimiz
İsrail Baş naziri Benyamin Netanyahunun ofisi onun ABŞ nümayəndəsi Mayk Uoltsla İran məsələsində intensiv əlaqə saxlaması barədə yayılan məlumatları təkzib edib.
KONKRET.az xəbər verir ki, Netanyahunun ofisindən yayılan açıqlamada "The Washington Post" qəzetində yer alan iddiaların həqiqətə uyğun olmadığı bildirilib: "Baş nazir Benyamin Netanyahu Mayk Uoltsla İranla bağlı intensiv əlaqədə olmayıb. Onların görüşü Netanyahunun bu ilin fevralında Vaşinqtona səfəri zamanı baş tutub. Həmin görüşdə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff da iştirak edib. Bu görüş Netanyahunun ABŞ Prezidenti Donald Trampla söhbətindən əvvəl baş verib. Daha sonra Uolts İsrail baş nazirinin ABŞ vitse-prezidenti Cey Di Venslə görüşündə də iştirak edib".
Açıqlamada o da vurğulanıb ki, bu görüşlərdən sonra Netanyahu, onun keçmiş milli təhlükəsizlik müşaviri və Stiven Uitkoff yalnız bir dəfə telefonla danışıb və həmin söhbətdə İran məsələsi müzakirə olunmayıb.
"Biz cənab Uoltsu Birləşmiş Millətlər Təşkilatındakı mühüm təyinatı münasibətilə təbrik edirik", – deyə bəyanatda qeyd olunub.
Natiq Səlim,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir