Nəticələrə hədəflənmiş əməkdaşlıq

Nəticələrə hədəflənmiş əməkdaşlıqCari ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq. Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin isə Özbəkistana, Türkmənistana, Qırğızıstana və Qazaxıstana səfərləri və əldə edilmiş razılaşmalar əlaqələrimizin gələcək konturlarını müəyyən edir. Belə ki, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və respublikamız beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilib. 
Prezident cənab İlham Əliyevin 11-12 oktyabr tarixlərində Qırğızıstana səfəri də tarixi və strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcəkdir. 
Qeyd edək ki, bundan əvvəl də dövlət başçımızın Özbəkistana, Türkmənistana səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana, bütövlükdə türk dünyasına inteqrasiyasını gücləndirən amillərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu dəfələrlə qeyd edib.
Azərbaycan və Qırğızıstan arasındakı əlaqələr bizim milli köklərimizə, mənəvi dəyərlərimizə, dinimizə, dilimizə, mədəniyyətimizə bağlı tarixi münasibətlərdir. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər olduqca böyük əhəmiyyət daşıyır. İlk növbədə, hər iki ölkənin prezidentinin iştirakı ilə Birinci Dövlətlərarası Şuranın keçirilməsi, qərarların qəbulu olduqca əhəmiyyətlidir. Eyni zamanda, "Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum"unun imzalanması ölkələrimiz arasında iqtisadi-ticari münasibətləri daha da gücləndirəcək. Bu mühüm sənədlərin imzalanmasında məqsəd ikitərəfli əməkdaşlığın bütün spektri üzrə bərabərlik, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri prinsipləri əsasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi üçün hüquqi zəmin yaratmaqdan ibarətdir. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.
Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün Qırğızıstan Azərbaycanın da mühüm rola malik olduğu Orta Dəhlizdən faydalana bilər. Qırğızıstanın bu Avrasiyada reallaşdırılan layihələrdən faydalanması iki ölkə arasında ticarət münasibətlərinin daha da güclənməsinə töhfə verə bilər. 
Ümumiyyətlə, türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində daim mühüm yer tutub. İllər keçdikcə, xüsusilə son zamanlar Azərbaycanın və Türkiyənin fəal səyləri nəticəsində Türk Şurasının tərkibi genişlənib. Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri imzalanan Bəyannamələrdə öz əksini tapır. İkitərəfli kontekstdə möhkəmlənən bu əlaqələr sonda vahid mərkəzdə birləşərək vahid gücə çevrilir. 
Bütövlükdə Prezident İlham Əliyevin istər Qırğızıstan, istərsə də digər ölkələrə səfərləri bir daha onu göstərir ki, dövlətimizin başçısı təkcə öz bölgəmizdə deyil, dünyada sülhün əməkdaşlığın, tərəqqinin yeni müstəviyə qalxması üçün öz töhfələrini verir.
Bəhram Şiriyev, əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 13 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu bu gune olan xeberler cəbhədən şad xəbər en son xəbərlər bugün