Niderland parlamentində Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirildi

Niderland parlamentində Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirildiHaaqada Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının (Tweede Kamer) "Nieuws poort" media mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benelüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri" adlı beynlxalq konfrans keçirilib.
azxeber.com xəbər verir ki, konfrans iştirakçıları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqiləik sükutla yad ediblər.
Azərbaycan və Niderlandın Dövlət Himnləri səsləndirilib.
Sonra Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulmasını əks etdirən "Zəngəzur" sənədli filmi nümayiş olunub.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov çıxış edərək, mərkəz haqqında məlumat verib.
O, yüz il əvvəl qədimi Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi ilə bağlı tarixi ədalətsizliyin aradan qaldırılmasının və bununla bağlı hüquqi prosedurlara başlamağın vaxtı çatdığını bildirib.
İlham İsmayılov İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və digər ətraf ərazilərdən olan soydaşlarımızın doğma yurdlarına qaytmasının vacibliyini vurğulayıb.
ATXƏM sədri doğma torpaqlarından zorla qovulmuş soydaşlarımızın hüquqlarının müvafiq beynəlxalq təşkilatlarda qaldırılmasına dair işlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
BAK-ın sədri Elsevər Məmmədov "Zəngəzur" sənədli filminin Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın ağır və əziyyətli həyatını bir daha xatırlatdığını dedi.
Qeyd etdi ki, Azərbaycan 30 il separatizmə qarşı mübarizə apardı, dünya onun haqq səsini eşitmədi. Ancaq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz torpaqlarımızı azad etdi.
Azərbaycan xalqı "Dəmir Yumruq" ətrafında birləşərək, BMT qətnamələrini həyata keçirdi. Növbəti məqsəd Qərbi Azərbaycanlıların arzularının reallaşması, onların qədim əcdadlarının yurduna qayıdışıdır. Bu gün Azərbaycanda 30 min erməni yaşadığı kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da ata-baba yurduna dönüb, doğma evlərində yaşamalıdırlar.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli Qərbi Azərbaycan icması və onun Qayıdış Konsepsiyası tarixindn danışıb.
Ermənistandan azərbaycanlıların mərhələlərlə qovulmasından danışan Ə. Ələkbərli soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş fərdi və kollektiv cinayətlərdən bəhs edib.
Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı prinsipial mövqeyindən, icmanın inzibati binasını ziyarət etməsindən, Qərbi Azərbaycan icmasının üzvlərinin hüquqlarının bərpa olunmasına və onları doğma torpaqlarına qayıtmasına tam dəstəyini ifadə etməsindən danışıb.
Azərbaycan Prezidenti dəstəyinin icma üzvlərini bir daha ilhamlandrdığını bildirib.
Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Məmmədov isə Qərbi Azərbaycan icmasının qayıdışının siyasi-hüquqi əsaslarından söz açaraq, son iki əsrdə erməni dövlət orqanlarının azərbaycanlılara qarşı sistemli şəkildə apardığı etnik təmizləmə, zorla köçürülmə, zorakılıq, kütləvi qırğın və soyqırımı siyasətinin nəticəsində Ermənistan ermənilərdən ibarət mono etnik dövlətə çevrildiyini deyib.
İrəvan xanının Almaniyada yaşayan nəticəsi, Qacar nəslinin yaxın qohumlarından olan Əmir Əli Sərdari İrəvani bu mövzu ilə bağlı Qərbi Azərbaycanın tarixi-mədəni zəmini və onun azərbaycanlı kimliyinə təsiri, ata-baba tarixini bilməyin vacibliyi və müasir dünyada birliyin və vahid siyasətin əhəmiyyəti kimi üç aspektdən təhlili fikirini bölüşüb.
Qeyd edib ki, hətta erməni mənbələrinə əsaslanan İrəvan hökmdarlarının siyahısında onların hamısının Azərbaycan əsilli olduğunu görürük.
İrəvan xanlığı bölgənin tarixinin, siyasətinin və demoqrafik quruluşunun formalaşmasında həlledici rol oynamışdır.
Əcdadlarının tarixini və mədəni irsini paylaşmaq, təşviq etmək bir millətin nümayəndələri arasında birliyi gücləndirir. Bu, onların ümumi keçmişi paylaşdıqlarını və ortaq gələcək üçün birlikdə işləyə biləcəklərini xatırladır.
Vurğulayıb ki, dil əcdad tarixinin həlledici amilidir. Ana dilinin qorunub saxlanması və təbliği istiqamətində görülən işlər milli birliyi təmin edir. Dədə -baba tarixinə müraciət və bu sahədə maarifləndirmə yalnız keçmişi qoruyub saxlamağa deyil, eləcə də mədəni kimliyin qorunması, təhriflə mübarizə və gələcək nəsillərin öz irsi ilə güclü əlaqəyə malik olmasını təmin edir.
1988-ci ildə İrəvandan zorla qovulmuş, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə Qərbi Azərbaycandan didərgin salınmış soydaşları adından danışaraq, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların indiki Ermənistanda olan tarixi, dini və mədəniyyət abidələrimizin dağıdılmasından, toponimlərimizin erməniləşdirilmsindən söz açıb.
Bildirib ki, ermənilər İrəvanda azərbaycanlı izini silməyə çalışsalar da, buna nail ola bilməzlər, çünki tarixi sənədlər saxlanılır.
O, ailəsinə məxsus mülkün sənədlərini hələ də saxladığını, İrəvanda aparılan qazıntılar zamanı azərbaycanlılara məxsus abidələrin aşkarlandığını bildirib.
BAK-ın mətbuat katibi Gülnarə Əliyeva soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması, hüquqlarının pozulması ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmağın vacibliyinə toxunaraq, bu istiqamətdə görüləcək "yol xəritəsi " planınından danışıb.
Qərbi Azərbaycandan didərgin salınmış insanların iştirakı ilə müxtəlif dillərdə vidoeçarxların, kitabların hazırlanaraq yayılmasının vacibliyini qeyd edib. Bildirib ki, Avropada yaşayan Qərbi Azərbaycan icmasının üzvlərinin yerli ictimaiyyətlə görüşləri təşkil edilməlidir.
BAK-ın vitse-prezidenti Sima Cəfərova, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxış edərək, Qayıdış Konsepsiyası ilə bağlı fikirlərini bölüşüblər.
Konfransda Qayıdışın sülh yolu və beynəlxalq hüquq əsasında reallaşdırılacağı bildirilərək, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıtması üçün icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri təqdim edilib.
Çıxış edənlər dədə-baba yurduna geri dönmək, əzizlərini məzarlarının ziyarət etmək istəklərini ifadə ediblər.
Tədbirdə Niderlanddakı holland, Azərbaycan və türk icmalarının üzvləri ilə bərabər, Latviya, Litva, Pakistan, Polşa, Ukrayna, yəhudi icmalarının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sosial       Tarix: 24 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az cəbhədən görüntüleri sonxeber az enson xeberler