Niderlandda II Dünya müharibəsində gizlədilən xəzinəni axtarırlar: Brilyant, yaqut, qızıl... - FOTO
Niderlandda II Dünya müharibəsində gizlədilən xəzinəni axtarırlar: Brilyant, yaqut, qızıl... - FOTO
Niderlandın Milli Arxiv İdarəsi İkinci Dünya müharibəsinə aid xəritəni dərc edib.
Həmin xəritədə nasist zabitlərinin xəzinə basdırdıqları iddia edilən yer təsvir olunub və qırmızı xaçla işarələnib.
Ommeren kəndini "qızıl qızdırma" bürüyüb: metal detektorlarla silahlanmış xəzinə ovçuları II Dünya müharibəsi zamanı nasistlərin gizlətdiyi güman edilən xəzinələri tapmağa çalışırlar.
Xəzinə ovçuları Niderland Milli Arxivinin tarixi xəritəni dərc etməsindən sonra fəallaşıblar.
Xəritəni əks etdirən araşdırma faylı bu həftə yayımlanıb. Belə ki, onun məxfi qala biləcəyi maksimum 75 il müddəti başa çatıb.
Xəritədə nasist əsgərlərinin brilyant, yaqut, qızıl, gümüş və hər cür qiymətli əşyalarla dolu dörd böyük sandığı harada gizlətdiklərinin əks olunduğu güman edilir. Nasist əsgərlərinin bu sərvətləri 1944-cü ilin avqustunda bankın bombalanmasından sonra qarət etdikləri bildirilir.
Bu məlumat insanların təxəyyülünü hərəkətə keçirib. Onlar metal detektorları və kürəklərlə Ommeren kəndinə bitişik olan tarlaları araşdırmağa başlayıblar.


Mənbə: "Reuters" / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR