Nigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEO

Nigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEONigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEO
Nigeriyada İqbo tayfasının kralı Arinze Riçard Ogbunuju Tbilisi merliyinə namizədliyini irəli sürüb. Onun sözlərinə görə, qələbə qazanacağı təqdirdə Gürcüstan paytaxtının inkişafı üçün xaricdən sərmayə cəlb edəcək.
"Haber Global"ın məlumatına görə, Gürcüstan tarixində ilk dəfə olaraq Nigeriya əsilli biri digər siyasətçilərlə birlikdə Tbilisi meri kürsüsü uğrunda mübarizə aparacaq.
Onun namizədliyi müxalif "Bizim Birləşmiş Gürcüstan" Partiyası tərəfindən irəli sürülüb.

Ogbunuju Gürcüstanda biznesə ətir ticarəti ilə başlayıb, daha sonra isə köhnə maşın və ehtiyat hissələri satmağa başlayıb. Bu gün o, bir neçə müəssisəyə sahibdir, gürcü dilini mükəmməl bilir.
Nigeriyalı kralın sözlərinə görə, ilk olaraq 1995 -ci ildə xarici mədəniyyətləri araşdırmaq üçün vətənini tərk edib:
"1995-ci ildə əvvəlcə anam, sonra qardaşım öldü. Çox çətin dövr idi. Bu itkiyə tab gətirə bilmirdim. Bu səbəbdən başqa ölkələrə getməyə qərar verdim".
O, Gürcüstana turist kimi gəlsə də, sonradan burada qalıb biznes qurmaq qərarına gəldiyini deyir.
"Gürcüstanı çox bəyəndim. Gürcü qadınla evlənmişəm, üç övladımız var. Bu ölkə məni qəbul etdi. Gürcüstana aşiq oldum", - deyə o bildirib.
Ogbunujuya təxminən dörd il əvvəl Gürcüstan vətəndaşlığı verilib.
"İndi digər Gürcüstan sakinləri ilə eyni statusa sahibəm, bir gürcü kimi düşünürəm. Həyatımı yaxşılaşdırmaq mənim üçün çətin olmadı, çünki ölkələrimizdəki adətlər çox oxşardır", - deyə o əlavə edib.
Eyni zamanda nigeriyalı gürcülərin öz xüsusiyyətlərini - ənənələrini və mədəniyyətlərini qorumalarını yüksək qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər oktyabrın 2-də keçiriləcək.
Nigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEONigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEONigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEONigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEO

Maraqlı       Tarix: 26 sentyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər sou xeberler bugun valyuta mezennesi banklar xabarlar