Nikol Paşinyanı Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırırıq

Nikol Paşinyanı Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırırıqQərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il 11 avqust tarixində səsləndirdiyi fikirlərlə bağlı bildirir ki, regionda sülhə mane olan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı həyata keçirmiş Ermənistandır.
Təəssüf ki, "demokrat" Nikol Paşinyan sələflərinin bu siyasətini davam etdirmiş və Azərbaycanın işğal edilmiş ərazilərində səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı ilə danışıqlar prosesini tamamilə məhv etmişdir. Nikol Paşinyana həm də xatırladırıq ki, onun Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin etdiyi, sonradan Vətən müharibəsi zamanı Azərbaycana qarşı döyüşməyə gəlmiş, az sonra biabırcasına Qarabağdan qaçmış şəxs "Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq" kimi bəyanat vermiş, özünü "dahi strateq" hesab edən keçmiş müdafiə naziri isə daha da "irəli gedərək" Azərbaycanı "yeni ərazilər naminə yeni müharibə" ilə hədələmişdir. 
30 il ərzində dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, əksinə işğalla qürrələn Ermənistanın indi qaranlıq keçmişi olan Luis Okampo adlı birisinin heç bir əsası olmayan kağız parçasına ümid bəsləməsi rəsmi İrəvanın düşdüyü acınacaqlı vəziyyətinin bariz nümunəsidir. Ermənistanın baş nazirini "soyqırımı" mövzusunda Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırırıq.
Qərbi Azərbaycan İcması hesab edir ki, əgər Ermənistanın baş naziri həqiqətən də  sülhdə maraqlıdırsa, onda ilk növbədə "beynəlxalq mexanizm çərçivəsində Bakı- Xankəndi dialoqu" kimi utopik və təxribatçı fikirlərə son qoymalıdır. Biz icma olaraq bunu Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını indi başqa ad altında davam etdirməsi kimi qəbul edirik. İcma hesab edir ki, "beynəlxalq mexanizm" nağılı həm də, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şərtlə tanıması deməkdir. 
Bir tərəfdən Azərbaycanı "beynəlxalq mexanizm çərçivəsində Qarabağın erməni sakinləri ilə dialoqa" çağırıb, digər tərəfdən Qərbi Azərbaycan İcmasının dialoq təklifinə cavab verməyən, hətta azərbaycanlıların qayıdış hüququnu inkar edən Ermənistanın baş nazirinə xatırladırıq ki, onun rəhbər tutduğu "Əhali yoxdursa, problem də yoxdur" yanaşması tamamilə qəbuledilməz və təhlükəli yanaşmadır. Qərbi Azərbaycan İcması Nikol Paşinyanı Azərbaycanın daxili işlərinə qarışmamağa, müxtəlif süni bəhanələrlə sülh danışıqları prosesini uzatmamağa və Qərbi azərbaycanlıların qayıdışı məsələsini müzakirə etmək üçün bizimlə dialoqa başlamağa çağırır.  / azxeber.com

Siyasi       Tarix: 11 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər qarabag valyuta mezennesi zelzele