"Nikol "Qarabağ Ermənistandır!" deyə-deyə onun sonuna çıxdı"
"Nikol özünü "Ermənistanın Müstəqilliyini Müdafiə Hərəkatı"nın rəhbəri elan edib. Nikolun vətənpərvər çıxışlarından qorxun. O, "Qarabağ Ermənistandır və nöqtə" deyə-deyə Qarabağın sonuna çıxdı. İndi növbə Ermənistanındır".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni fəal Anjela Elibegova özünün facebook səhifəsində yazıb.
Sosial şəbəkədə Elibegovanın bu statusu ciddi müzakirələrə səbəb olub. Arutyun Arutyunyan adlı istifadəçi şərhdə qeyd edib ki, "Paşinyan özünü elə aparır ki, sanki məsumdur, ondan başqa hamı günahkardır".
Srbuhi Gazaryan adlı erməni isə "Müstəqilliyin dağıntıları, xarabalıqları altında qalacağıq", – deyə Nikola ironiya edib.
Naira Kerobyan daha maraqlı fikir bildirib: "Paşinyan bizi seçim qarşısında qoyur. Deyir ki, indi müharibədir, xalq qərar versin ki, qapının önündə kimin tankını görmək istəyir, rusun, yoxsa türkün?".
Sergey Ovannisyan adlı istifadəçi isə Paşinyanın siyasətini belə şərh edir: "Paşinyanı dəstəkləyən QHT-lərlə, qərbyönlü insanlarla və ya bitərəf mövqe tutanlarla işləmək lazımdır. Və onlara başa salmaq lazımdır ki, Paşinyanın rəhbərliyinin nəticəsi Ermənistanın quberniyaya çevrilməsi olacaq".
Statusun altında verilən şərhlərdə həmçinin vurğulanır ki, Rusiya ilə münasibətləri kəskin korlamaq Ermənistana heç nə verməyəcək.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ