Nikolun qapalı iclası: İlham Əliyev kəndləri tələb edir
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Konstitusiyasının dəyişdirilməsi, dəhliz və anklavların qaytarılması tələblərini davam etdirir.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" nəşrinin yaydığı məlumatda bildirilib.
Nəşr Qazaxın hazırda işğalda qalan 3 kəndinin geri tələb edilməsini Azərbaycanın "Ermənistan-Gürcüstan dövlətlərarası yolunun bir hissəsinə iddia" kimi təqdim edib. Halbuki anklavlar tələbi Azərbaycanın haqqıdır, o ayrı məsələ ki, hazırda işğalda qalan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin ərazisindən Ermənistan-Gürcüstan dövlətlararası yolu keçir və təbii ki, bu yolun bir hissəsi Azərbaycan ərazisidir.
Nəşr iddia edib ki, Paşinyan qapalı iclasda İlham Əliyevin Kərkini, eləcə də Tavuşda Azərbaycana məxsus olan üç kəndi, o cümlədən Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsini tələb etməsi barədə partiyadaşlarını məlumatlandırıb. "Yerkrapa" təşkilatının sədri, Mülki Müqavilə Partiyasının İdarə Heyətinin üzvü Sasun Mikaelyan qapalı iclasda Paşinyana sual verib: "Kərkini Başkəndlə əvəzləmək mümkün deyilmi? Aydındır ki, Kərkinin verilməsi ilə Zəngəzur və Dərələyəzin Ermənistanın qalan hissəsi ilə əlaqəsi kəsiləcək". Paşinyan isə bu sualdan qəzəblənib: "Məni cinayətə sövq edirsən? Mən Ermənistan Respublikasına məxsus ərazi ilə bağlı birtərəfli qərar qəbul edib öz imzamla Başkəndi Azərbaycanın tərkibinə necə verə bilərəm?".

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
Doğum gününüz haqqınızda nə deyir