Nikolun Rusiya səfəri erməniləri QORXUYA SALIB: Əgər Moskvaya gedərsə...
"Ayağa qalxın, insanlar. Nikol Paşinyanı Moskvaya getməyə qoymayın. Nikol 11 yanvarda Ermənistanı tərk etməməlidir".
Publika.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.
Keçmiş baş nazir əlavə edib ki, 11 yanvarda Nikol Paşinyan Moskvada erməni yaşayış yerlərinin Azərbaycana təhvil verilməsini davam etdirərək yeni bir müqavilə imzalayacaq: "Həmin müqavilədə Azərbaycan hərbçilərinin Mehridən Naxçıvana gedən nəqliyyat marşrutuna nəzarət edəcəyi də nəzərdə tutulur. Ermənistanın ən böyük yalançısı Nikol Paşinyan Moskva səfərinin əsas məqsədini əsirlərin qaytarılması ilə əlaqələndirdi. Bu, ağ yalandır. Ayağa durun, deyin ki, bəsdir, sən nə edirsən?! Nikol 11 yanvarda Ermənistanı tərk edə bilməməlidir. Əgər o, Moskvaya gedərsə, oradan yeni biabırçılıqlarla qayıdacaq".
Qeyd edək ki, Ermənistanın baş nazirinin 11 yanvarda Moskvaya səfəri gözlənilir. Səfər zamanı bir neçə dövlətlərarası sənədin imzalanacağı ilə bağlı Ermənistan mediası xəbərlər tirajlayır.
Tural Turan

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı