Nino Burcanadze: "Münaqişələrin nizamlanmasında irəliləyiş yoxdur" - EKSKLÜZİV
"Ümid edirəm ki, Gürcüstanda bir də heç vaxt müharibə olmaz. Həm Cənubi Osetiya, həm də Abxaziyada güc tətbiqinə yol verməmək üçün bütün səyləri ortaya qoymaq lazımdır".
Bu sözləri KONKRET.az-a özəl açıqlamasında Gürcüstan parlamentinin eks spikeri Nino Burcanadze bildirib. Şərhinin davamında Abxaziya və Cənubi Osetiyada baş verən faciələri ağrı-acı adlandıran siyasətçi əsrlərlə bu xalqların sülh içində yaşadığını xatırladıb:
"Təəssüf ki, son 30 il bu tarixi əlaqələrin faciəvi istisnası olub. Buna görə də müharibədən, Cənubi Osetiya ilə Abxaziyanın savaş yolu ilə qaytarılmasından danışmaq lazım deyil. Gürcüstan etimadı, dağıdılan körpüləri bərpa etmək üçün hər şey etməlidir. Bundan başqa, həm abxaz, həm də osetinlərə faciənin təkrarlanmayacağı, vahid, çiçəklənən Gürcüstanda sülh içində birgə yaşayacağımız barədə zəmanət vermək lazımdır. Hökumət, müxalifət və cəmiyyət bu istiqamətdə çalışmalıdır. Hazırda görülən işlərin məni qane etdiyini deyə bilmərəm. Elə ona görə də konfliktlərin nizamlanmasında irəliləyiş yoxdur. Söhbət problemin yalnız sülh yolu ilə həllindən gedir. Və elə şərait qurmaq lazımdır ki, Gürcüstan bir daha heç kimlə müharibə yaşamasın", – deyə Nino Burcanadze açıqlamasını tamamlayıb.
Anar Rəhimov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü