Nişanlı qız cehiz pulunu götürüb evdən qaçdı, oteldə görüşdüyü oğlanla.... - Şok təfərrüat

Nişanlı qız cehiz pulunu götürüb evdən qaçdı, oteldə görüşdüyü oğlanla.... - Şok təfərrüatBakıda 1995-ci il təvəllüdlü Ələsgər sevgi münasibəti yaratdığı 2006-cı il təvəllüdlü Arzuya (adlar şərti verilib - red.) qarşı dələduzluq edib.
azxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, Ələsgər vatsap vasitəsi ilə tanış olduğu Lerik rayon sakini Arzunun etibarından sui-istifadə edib. Onun yetkinlik yaşına çatmayan şəxs olduğunu bilib və yaşını artıracağı, onunla nikaha daxil olacağı barədə yalan vəd verib. Bu vədinə qızı inandırararaq 2022-ci il avuqust ayının müxtəlif günlərində ümumilikdə ondan 11.760 manat alıb.
Ələsgər 2022-ci il avqustun 28-də Arzunu yaşadığı Lerik rayonunun kəndindən idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakıya, "Astola hotel"ə aparıb. Həmin gün saat 7 radələrində otelin 302 nömrəli otağında cinsi ehtirasım təmin etmək məqsədi ilə Arzuya qarşı zor tətbiq edib və qeyri-təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Ələsgərin barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ələsgər ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, 2022-ci il avqustun əvvəllərində Arzunu vatsapda tanımaqla münasibətləri yaranıb: "Arzu 17 yaşında olduğunu bildirdi və qohumu ilə məcburən ailə qurmasının qarşısını almaqdan ötrü yaşını böyüdə bilib-bilməyəcəyimi soruşdu. Yalandan onunla evləyənəcəyim vədini verdim. Arzudan yaşadığı Lerik rayonunun kəndində tədricən bir neçə dəfəyə 11.760 manat məbləğində pul aldım. Həmin pulu şəxsi ehtiyaclarıma xərcləmişəm".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin avqustun 28-də gecə saat 3 radələrində Lerik rayonunun kəndindən Arzunu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə "Astola hotel"ə aparıb: "Həmin gün, saat 7 radələrində oradakı 302 nömrəli otaqda razılıq əsasında Arzu ilə qeyri-təbii yolla cinsi əlaqədə olduq".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Arzunun sözlərinə görə, 2022-ci il avqustun 18-də vatsapda adının Ələsgər olduğunu bildirən şəxslə tanış olub: "Valideynlərim məni sevmədiyim biri ilə ailə qurmağa məcbur etdiklərini dedim. Ələsgər mənə kömək edərək, bu evlilikdən canımı qurtaracağını, Türkiyə apararaq mənimlə evlənəcəyinə vəd verdi. Yaşımı artıracağı müqabilində vəkilə pul verməli olduğunu bildirdi və göstərilən ərəfədə yaşadığım kəndə bir necə dəfə gələrək məndən ümumilikdə 11.760 manat məbləğində cehiz pulumu aldı".
Zərərçəkmiş şəxs qeyd edib ki, avqustun 28-də saat 3 radələrində Ələsgər mobil telefonuna zəng edəndə gizlicə evdən çıxıb və onun idarə etdiyi "Toyota Prius" markalı avtomobilin arxa oturacağında əyləşib: "Həmin vaxt Ələsgərə son 1860 manatı verdim. Bakı şəhərinə çatdıqda məni tanımadığım otelə apardı və orada mənimlə zorla cinsi əlaqəyə girdi. Ələsgər hamının arxamızca düşdüyünü bəhanə etdi və məni həmin gün taksi ilə evə yola saldı".
İş üzrə şahid qismində ifadə verən Arzunun anası Zəminənin sözlərinə görə, qızı əmisi oğluna nişanlı olsa da, toy etmək üçün 18 yaşının tamam olmasını gözləməli olublar:
"Qızıma cehiz almaq üçün topladığım 12.000 manatı pul kisəsinə qoyaraq dolabda saxlayırdım. Arzu mənim icazəmlə oradan pul götürürdü. Təqsirləndirilən Ələsgəri əvvəllər tanımamışam. O, qızımla sosial şəbəkədə tanış olub, qızımla evlənəcəyi, vəkil vasitəsi ilə yaşını artıracağını yalandan vəd verib. Bu yolla qızımdan 11760 manat məbləğində pul alıb.
Avqustun 28-də Ələsgər qızımı evlənmək adı ilə aldadaraq Bakı şəhərinə aparıb. Orada "Astola" otelində zorla qeyri-təbii yolla cinsi əlaqədə olub. Arzunu axtardığımızı öyrəndikdən sonra onu Lerik rayonuna yola salıb".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ələsgər 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 29 may 2023
f Paylaş

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər valyuta mezennesi 2026 en sonxeber xeber saytlari