"Niyə istefa verməliyəm, işgəncələrin qarşısını mən almışam" - Xanlar Vəliyev
"Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı".
azxeber.com xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Hərbi Prokuror Xanlar Vəliyev "Tərtər cinayəti" qurbanlarının yaxınlarının Hərbi Prokurluq qarşısındakı aksiyası və onun istefa tələbinə münasibətində söyləyib.
Xanlar Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən zərərçəkənlərin yaxınları olmayıb:
"Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında Dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var.
Bir neçə nəfər də var ki, onların şikayətləri araşdırılır. Bu barədə Baş Prokurorluqdan soruşa bilərsiniz. Çünki İstintaq Qrupu Baş Prokurorluqda yaradılıb".
"Tərtər işgəncələri"ndə adları çəkilən şəxslərin məsuliyyətdən kənarda qalması iddialarına necə yanaşırsınız" sualına Xanlar Vəliyev belə cavab verib:
"Hərbi Prokurorluq qanunla üzərinə düşən nə vəzifə varsa, onu da edib. Bu iş bağlanmamışdı. Açıq qalmışdı, onun da səbəbləri vardı. Sonradan bilirsiniz ki, müharibə başlandı. İndi bu gün bu iş davam edir. Gələcəkdə nə olacaqsa, onu Baş Prokurluqdan soruşa bilərsiniz".

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?