Niyə sovet qadınları Raisa Qorbaçovaya nifrət edirdi? - İNANILMAZ SƏBƏBLƏR

Niyə sovet qadınları Raisa Qorbaçovaya nifrət edirdi? - İNANILMAZ SƏBƏBLƏRSSRİ prezidenti Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova sovet qadınları üçün örnək və üslub ikonasına çevrilə bilərdi, amma əksinə oldu: həmyerliləri ona sadəcə dözə bilmədilər.
Raisa Titarenko 1932-ci ildə o vaxt Qərbi Sibirdə, indiki Altay diyarında şəhər olan Rubtsovskda anadan olub. Orta məktəbi qızıl medalla bitirən gənc Raisa Moskva Dövlət Universitetinin nüfuzlu fəlsəfə fakültəsinə imtahansız qəbul olub.
Elə orada Mixail Qorbaçovla tanış olub. Raisa gözəl deyildi, lakin Mixaili sehrli səsi valeh edirdi. 
Əvvəllər heç nə ilə yadda qalmasa da birinci xanım olduqdan sonra Raisa ictimai fəallığını artırdı. Akademik Lixaçev və tarixçi Myasnikov ilə birlikdə Sovet Mədəniyyət Fondunu yaratdı. O dövrdə mədəni tədbirlərə böyük məbləğ – təxminən 100 milyon ABŞ dolları xərclənmişdi.
Fond muzeylərin dəstəklənməsi, kilsə və abidələrin bərpası, xaricdən çıxarılan incəsənət nümunələrinin, kitabxana və arxivlərin İttifaqa qaytarılması ilə məşğul olurdu.
Savadlı, fəal, bilikli və həmişə zərif olan Qorbaçova bütün sovet qadınları üçün ideal və nümunə ola bilərdi. Ancaq bunun əksi oldu: xarici jurnallar və təşkilatlar ona yeni titullar verərkən, həmyerliləri Raisa xanıma nifrətlə zəng edərək, geyimlərinə görə tənqid edirdilər. Onun xərclədiyi böyük pullar haqqında çoxlu söz-söhbətlər gəzirdi. O zaman deyirlərdi ki, Raisanın evindəki seyflər büdcə puluna alınmış zinət əşyaları ilə doludur.
Raisa nəyə görə özünü çirkin qadınlarla əhatə etmişdi?
Birinci xanımın ətrafında onlarla qulluqçu, aşpaz və təmizlikçi var idi. Onlara akademiklər kimi maaş verilirdi. Lakin onların hamısını KQB nəzarətdə saxlayırdı ki, sirr kənara çıxmasın. Raisa bütün ətrafına, hətta xidmətçi qadınları da özü seçirdi.
Və bu seçim zamanı ən çirkin qadınları irəli çəkirdi. Bunun da iki səbəbi vardı: birincisi hamıdan qəşəng görünmək istəyirdi. İkincisi, ərini nəzarətdə saxlayırdı.
Qorbaçova çox həris idi. O bir dəfə "Pierre Cardin"in bütün kolleksiyasını almışdı. 
Raisa üçün paltarlar Kuznetski Most-dakı Moda Evində tikildi. Dizayneri isə Qorbaçov özü seçmişdi. Baş dizayner Tamara Makeyeva ilk görüşdə demişdi ki, "Altmış rəssam arasından məni seçmisiniz, bu o deməkdir ki, mən lazım bildiyimi edəcəm. Razı deyilsinizsə, başqasını axtarın."
Raisa həmişə çiçəklər və şirniyyatlarla Modellər Evinə gəlirdi və heç vaxt gecikmirdi. Atelyenin işçiləri əşyaları onun evinə uyğunlaşdırmaq üçün gətirəndə o, nəzakətli davranır, zadəganlıq və şıltaqlığa yol vermirdi. Raisanın istədiyi yeganə güzəşt o idi ki, özü xaricdən parçalar alsın. Qorbaçov ən çox zərif kostyumları və paltarları, yaylı bluzları, pompaları, boyunbağıları və xəz paltoları sevirdi: bütün bunlar onun imza tərzinə çevrildi.
ABŞ prezidentinin xanımı Raisya nifrətini gizlətmirdi
Digər ölkələrin birinci   xanımları Raisəyə heç zaman üstünlük vermədilər. Nensi Reyqan öz xatirələrində onu "zinətlər kraliçası adlandırır və qəzəblə yazırdı ki, "Qorbaçova uşaqlar və ailə məsələlərindən daha çox zinət əşyaları və pul haqqında danışırdı".
İkinci görüşdən sonra Nensi onun üçün hazırlanmış pancake, kürü, qaragilə və antik samovarla təşkil edilən "rus çay süfrəsi"ni kəskin tənqid etmişdi. 
Üçüncü görüş tam bir fəlakət oldu. Reyqanlar Qorbaçovları qonaq etdi, Nensi sahibə rolunu oynadı. Lakin Raisa diqqət mərkəzində oldu. Söhbət üçün yeni biznes təklifləri oldu, bir şirkətdən digərinə keçid haqqında müxtəlif söhbətlər danışıldı. Qorbaçovlar gedəndə Reyqanın arvadı dözməyib: "Bəs bu xanım özünü kim hesab edir?" demişdi.
Həm həmyerlilər, həm də birinci xanımlar bir çox səbəbdən Qorbaçovanı sevmirdilər:  Sovet qadınları Raisaya ona görə nifrət edirdilər ki, onların heç vaxt belə qəşəng paltarları, zinyət əşyaları, xarici səfərləri və ya öz villaları olmayacaq. Başqar dövlət başçılarının xanımları isə Raisanın sərhədsiz sərbəstliyindən və və bu sərbəstliyini başqa dövlətlərə də təsir imkanlarına görə rəncidə olurdular.
Qorbaçov SSRİ prezidentliyindən istefa verəndən sonra Raisa ekranlarda və qəzetlərdə görünməyi dayandırdı.
Onun paltarlarını və zinət əşyalarını daha heç kim müzakirə etmirdi. Jurnalistlər artıq ONUN ictimai fəaliyyətiylə maraqlanmırdılar. Çünki, Raisa Qorbaçova özünü sevdirə bilmədi.
Ona görə də çox tez unuduldu. Bəlkə də bu diqqətsizlik Raisanı sağalmaz xəstəliyə düçar etdi. 1999-cu ildə, onun leykoz xəstəsi olduğu məlum oldu. Klinikaya sağalmaq ümidi ilə gedəndə o ərinə "Yəqin ki, mən belə ağır xəstəliyə düçar olub ölməliyəm ki, insanlar məni bağışlasın" demişdi".
Niyə sovet qadınları Raisa Qorbaçovaya nifrət edirdi? - İNANILMAZ SƏBƏBLƏRNiyə sovet qadınları Raisa Qorbaçovaya nifrət edirdi? - İNANILMAZ SƏBƏBLƏRNiyə sovet qadınları Raisa Qorbaçovaya nifrət edirdi? - İNANILMAZ SƏBƏBLƏRNiyə sovet qadınları Raisa Qorbaçovaya nifrət edirdi? - İNANILMAZ SƏBƏBLƏRNiyə sovet qadınları Raisa Qorbaçovaya nifrət edirdi? - İNANILMAZ SƏBƏBLƏRNiyə sovet qadınları Raisa Qorbaçovaya nifrət edirdi? - İNANILMAZ SƏBƏBLƏRNiyə sovet qadınları Raisa Qorbaçovaya nifrət edirdi? - İNANILMAZ SƏBƏBLƏRBizim.media
/konkret.az

Siyasi       Tarix: 15 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən xəbər cəbhədən son xəbər xeberler bu qun xabarlar