Normativ aktlara Milli Müdafiə Universiteti ilə bağlı dəyişikliklər edildi
Normativ aktlara Milli Müdafiə Universiteti ilə bağlı dəyişikliklər edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 252 № li Qərarına dair izahda deyilir ki, ölkə Prezidentinin 2022-ci il 5 mart tarixli 1626 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsasında Müdafiə Nazirliyinin strukturunda xüsusi təyinatlı təhsil müəssisəsi olan Milli Müdafiə Universiteti, bu Universitetin tabeliyində isə Hərbi Elmi Tədqiqiat, Hərbi İdarəetmə və Heydər Əliyev adına Hərbi institutlar yaradılıb.
Adıçəkilən Fərmanla nazirliyin sturukturuna daxil olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey sözügedən Universitetin tabeliyinə verilib. Universitetin tabeliyində yaradılmış müvafiq institutlar Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Heydər Əliyev adına Hərbi İnstitut isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin əsasında yaradılıb.
Qeyd olunanlarla əlaqədar Nazirlər Kabinetinin qərarlarına dəyişiklik edilməsi zərurəti yaranıb.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?