Növbə Ohanyana çatdı - O da Bakıya gətiriləcək

Növbə Ohanyana çatdı - O da Bakıya gətiriləcəkBir vaxtlar Qarabağda yüzlərlə günahsız soydaşımızın qanını axıdan qatillərin bəziləri həbs edilib. Amma insanları yalnız azərbaycanlı olduğuna görə qətlə yetirən cəlladların əksəriyyəti hələ də azadlıqdadır.
1992-ci ildə Qaradağlı və Xocalı qətliamlarının təşkilatçılarından biri, uzun müddət Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik edən Seyran Ohanyan və digər canilər hələ də Ermənistan ərazisində gizlənirlər. Əslən Qarabağın Daşaltı kəndindən olan Ohanyan 44 günlük müharibədə Şuşanın müdafiəsinə cavabdeh olsa da, ordumuzun hücumunun qarşısında duruş gətirə bilməyərək Şuşadan qaçmışdı.
Ermənistana çatar-çatmaz bəyanatlar səsləndirən Ohanyanın bu gedişi Qarabağa son gediş oldu və bir daha cəsarət edib biz tərəfə baxmadı. Amma revanşist bəyanatlarla diqqət mərkəzində olan Ohanyan həm də Ermənistan parlamentində müxalifəti təmsil edir. Özünün "Facebook" səhifəsində ermənilərə müraciət edən Ohanyan Qarabağın boşaldılmasını ürək ağrısı ilə qeyd edir və yazır ki, düşdükləri vəziyyətə görə günahkar yalnız baş nazir Paşinyandır:
"Baş verən faciələrin günahını təkrar-təkrar üzərinə götürən baş nazir özünü elə göstərir ki, guya dəyişiklikdən narazıdır. Müxalifətə yönəlmiş ittihamlar isə absurd yanaşmadır. Hakimiyyətdəkilərin fikirincə, Qarabağdan əhalinin boşaldılmasında günahkar müxalifətdir. Onlar bizi Qarabağın yeni seçilmiş prezidentini təbrik etməkdə günahlandırırlar. Paşinyan hakimiyyəti Qarabağı bir dövlət kimi tanımadı və onun prezidentini təbrik etmədi. Halbuki Qarabağı xilas etmək və saxlamaq üçün bütün rıçaqlar müxalifətin deyil, iqtidarın əlində idi. Və bu gün onlar dövlət təbliğat maşınından nə qədər istifadə etsələr də, müxalifəti günahlandırsalar da, yenə də özlərinə bəraət qazandıra bilməyəcəklər. Hər bir erməni anlayır ki, 2020-ci il məğlubiyyətindən sonra Paşinyan Qarabağın təhlükəsizliyinin təminatçısı olmaqdan imtina edərək, gələcək hərəkətlər üçün bütün məsuliyyəti və mümkün ittihamların oxlarını Rusiya sülhməramlı qüvvələrinə yönəltdi. Praqada açıq şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla müttəfiqimizin əl-qolunu bağladı". 
Silahdaşlarının Bakıda həbsdə olmasını unudan Ohanyan hesab edir ki, uzun müddət azadlıqda gəzib siyasi məsələləri təhlil etməklə məşğul olacaq. Bir vaxtlar Rusiyada milyardlar qazanaraq gəlib Qarabağda Azərbaycana meydan oxuyan Ruben Vardanyan da dünya mətbuatının gündəmində idi. Hətta Qarabağın "prezidentləri" Bakıda dəmir barmaqlıqlar arasından boylanacaqlarını, həyatın bumeranq olduğunu ağıllarının ucundan belə keçirməmişdilər. Deməli, əlahəzrət ədalət tarixin hansısa məqamında öz sözünü deyir və cinayətkar cəzasız qalmır. Növbə isə Ermənistan ərazisində gizlənən Ohanyan və digər cinayətkarlara da çatacaq.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 09 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun son xeber az son xeberler az kriminal xeber