Növbəti üç günün hava proqnozu açıqlanıb
Növbəti üç günün hava proqnozu açıqlanıb
"Yaxın üç gün ərzində ölkə ərazisində mülayim, xoş və əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Səhər saatlarında bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var".
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, qərb istiqamətli, 5-10 metr sürətli külək əsəcək, havanın temperaturu Aran rayonlarında, gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10 dərəcə isti, dağlarda isə gecə 5 dərəcə şaxtadan 7 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
"Bakıda və Abşeron yarımadasında ayın 3-ü və 4-nə keçən gecə yarımadanın bəzi ərazilərində havanın çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi saniyədə 7-12, arabir 15 metr sürətlə əsəcək. Havanın temperaturu gecə 5, gündüz isə 9-10 dərəcəyə yaxın isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 metr/saniyə, gündüz saatlarında arabir 15 metr/saniyə olacaq. Havanın temperaturu gecə 5-6 dərəcəyədək şaxta, gündüz isə 8 dərəcəyə yaxın isti olacaq". /oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız