Novruzun yaşıl qədəmləri - FOTOREPORTAJ

Novruzun yaşıl qədəmləri - FOTOREPORTAJNovruzun yaşıl qədəmləri - FOTOREPORTAJ
Hər səhər pəncərəni yazın üzünə açırıq, baharın ilıq nəfəsi otağa dolur. Tumurcuq-tumurcuq, qönçə-qönçə açmağa hazırlaşan budaqlara qonan qaranquşların nəğməsi eşidilir, dan yerində qırmızı tonqal qalayan Günəşin şəfəqləri yaşıl səmənili evlərə axır. Eyvana çıxan, həyətə düşən hər kəs yazın sinə dolusu havasını ciyərlərinə çəkir. Təbiətə yaz, yurdumuza Novruz gəlir!
Azərbaycan paytaxtı xalqımızın milli bayramı olan Novruzun pişvazına çıxıb!
Küçələr, yollar, prospektlər, parklar, xiyabanlar milli mədəniyyətimizin və mənəvi dünyamızın ən zəngin bayramı olan Novruzun gəlişi münasibətilə bəzədilib, şəhərdaxili yollardakı dairələrdə qırmızı qurşaqlı səməni atributları quraşdırılıb. Azneft meydanı, Cavanşir körpüsü, istirahət və gəzinti məkanları bayram libası geyinib, hər yerdə Novruz atributları göz oxşayır.
Novruz yaşıllıq, dirilik, bolluq, bərəkət, xeyirxahlıq bayramıdır. Onun qədəmləri ana torpağın sinəsinə dəyən kimi hər şey görkəmini dəyişir, gözəllik, təmizlik, xoşbəxtlik taxta çıxır.
Qoy bu bayramın qədəmləri də Zəfərə qovuşmuş xalqımıza xoşbəxtlik və səadət gətirsin, ocağımız yanar, qazanımız qaynar, süfrələrimiz ruzili-bərəkətli olsun!
Pis gözlər, bədxah nəzərlər Novruz tonqallarında çırtaçırt alışıb yansın!
Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" adlandırılan 2024-cü il dünyamız, xalqımız üçün yaşıl-yaşıl arzu və ümidlərin al-əlvan çiçəklər açdığı il olsun!
AZƏRTAC-ın mövzu ilə bağlı lentə aldığı fotoları təqdim edirik:
Novruzun yaşıl qədəmləri - FOTOREPORTAJNovruzun yaşıl qədəmləri - FOTOREPORTAJNovruzun yaşıl qədəmləri - FOTOREPORTAJNovruzun yaşıl qədəmləri - FOTOREPORTAJNovruzun yaşıl qədəmləri - FOTOREPORTAJ

Maraqlı       Tarix: 17 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son.xabar valyuta məzənnələri cəbhədən son xəbərlər