Nura 'Şou-biznesin qaranlıq üzü' adlı kitab yazır
Müğənni Nura Suri kitab yazır.
azxeber.com xəbər verir ki, sənətçi bu haqda özü məlumat verib.
O bildirib ki, kitabı serial ssenarisinə çevirəcək:
"Şou-biznesin qaranlıq üzü" adlı layihə üzərində çalışıram. Bu əsər kitab formasında, lakin serial ssenarisi məntiqi ilə yazılıb və məqsədim onu beynəlxalq platformaya, xüsusilə "Netflix" formatına uyğunlaşdırmaqdır.
Janr baxımından layihə dedektiv, psixoloji gərginlik üzərində qurulub. Hadisələr şou-biznes dünyasının pərdəarxası, görünməyən və çox vaxt gizlədilən tərəflərini əhatə edir: nüfuz savaşı, şantaj, qorxu, manipulyasiya və qeyri-rəsmi güc mexanizmləri.
Serialın mərkəzində Lola adlı məşhur müğənni dayanır. Onun şəxsi münasibətləri illər ərzində bir neçə qalmaqallı və təhlükəli hadisənin mərkəzinə çevrilir. Müxtəlif dövrlərdə Lolanın sevgililəri vasitəsilə: digər müğənnilərə təzyiq göstərilir, bir kişi müğənniyə silahla hədə-qorxu gəlir, sonra məsələ böyüyür".
Nura kitabının ssenarisini də bölüşüb:
"Bütün bu hadisələr fonunda şou-biznesin içində formalaşmış qeyri-rəsmi "mafiya" sistemi, qorxu üzərindən qurulan münasibətlər və susdurulan insanlar üzə çıxır. Bu ssenari real hadisələrdən ilhamlanaraq qələmə alınıb, lakin bütün personajlar, adlar tamamilə fiksiyadır. Hər hansı real şəxs və ya hadisə ilə birbaşa əlaqə nəzərdə tutulmur".

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Tanınmış reperi həbsxanada döydülər
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır