Nura Suridən TƏKLİF: 'Ölümündən sonra ona bu adı verin
Aygün Hümmətova içində daşıdığı, gizlətdiyi, sığdırdığı dərdi, dünyaya sığmayan istedadını qoyub getdi. İnsanlar hələ də özünə gələ bilmir. Hər kəs onu paylaşır, gözləri dolur hər onun səsin eşidəndə, ağlayır bəlkə də bir çoxu - səbəbini belə anlaya bilmir.
azxeber.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial mediada yazıb.
Əməkdar artist Aygün Bəylərin ölümündən və yaradıcılığından danışan ifaçı qeyd edib ki, bu qədər insan onun tək daşıdığı ağrı-acını, sənətinin ağırlığında aciz qalıb.
"Hamını silkələdi gedişiylə, ayıltdı. Hər kəs onun hələ də Xalq artisti adı almamasına təəcüblənir. Ölümündən sonra ona bu adı verin. Hər adı çəkiləndə Xalq artisti Aygün Hümmətova kimi yad edilsin. Axı, bu ada layiq olmayan neçə müğənni var səhnəmizdə. Hamı bunu deyir axı, sosial şəbəkələrdə musiqiçi olmayanlar da paylaşımlarında məhz bu məsələni vurğulayırlar. Hər kəs bunu istəyir…", - Nura Suri qeyd edib.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var