Nüvə silahı işə düşür?

Nüvə silahı işə düşür?İran Silahlı Qüvvələrinin nümayəndəsi Əbülfazl Şekarçi bildirib ki, Hörmüz boğazı ABŞ və İsrail üçün uzun müddət bağlı qalacaq.
"Onlar heç bir bəhanə ilə bu əraziyə yaxınlaşa bilməyəcəklər",– deyə o əlavə edib.
İran rəsmisinin bu açıqlamasına ABŞ və İsrailin münasibəti necə ola bilər? Bu vəziyyət gərginləşib nüvə savaşına səbəb ola bilərmi?
KONKRET.az xəbər verir ki, Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi nüvə silahından istifadə ehtimalının hər zaman olduğunu bildirib. Onun sözlərinə görə, İsrail tərəfindən dəfələrlə nüvə silahından istifadə ediləcək, kimi açıqlamalar verilib:
"Hesab edirəm ki, əvvəlki günlərdə olan müharibənin şiddəti və həvəs azalaraq tərəflər arasında müharibənin dərinləşməsindən və genişləndirilməsindən ehtiyyat etməyə başlayıblar. Bu şübhəsiz ki, müharibənin məcrasının nüvə müharibəsinə keçə bilmə ehtimalından qaynaqlanır. Bəzi qeyri-rəsmi mənbələrə görə, İran hökuməti də nüvə silahına malikdir və İsrailə cavab vermək imkanları var. Məhz bu səbəbdən Hörmüz boğazında ABŞ və İsrail çox ehtiyatlı davranmaq məcburiyyətindədirlər. Hörmüz boğazı dünya neft ticarətinin təxminən 20 faizinin keçdiyi kritik nöqtədir. Bu baxımdan burda atılan hər hansı bir addım qlobal nəticə yarada bilər. ABŞ tərəfi İranın bu hərəkətlərini beynəlxalq sularda hərəkət azadlığına müdaxilə olaraq qiymətləndirir və bu səbəbdən özünün hərbi dəniz donanmasını bölgəyə gətirib. Həmçinin, yeni qüvvələrin də cəlb olunması istiqamətində addımlar atır. Əgər İran real fiziki blokada tətbiq etsə, ABŞ-nin hərbi müdaxiləsi və zərbələr endirməsi qaçılmazdır".
Ç.Şahbazi əlavə edib ki, İsrail bu istiqamətdə ABŞ ilə koordinasiya mexanizmləri həyata keçirir və məqsədi İranı tamamilə zəiflətməkdir:
"Bu baxımdan İsrail bütün fürsətləri dəyərləndirmək üçün hərəkət edir və buna bir çox hallarda nail olub, desək yanılmarıq. Körfəz ölkələri də problemin həllində maraqlıdırlar və müharibənin tez bir zamanda bitməsinə çalışırlar. Çin və Hindistan kimi böyük ölkələr də İrana məhz Hörmüz boğazının açıq qalmasından dolayı təzyiq göstərə bilərlər. İranın bu kimi bəyanatları və Hörmüzlə bağlı atdığı addımlar heç şübhəsiz ki özünün iqtisadiyyatını da zəiflədir və neft ixracatına zərbə vurur. Beynəlxalq koalisiyanı öz əleyhinə birləşdirir və bu səbəbdən uzun müddətli blokada İran üçün böyük risk daşıyır. Beləliklə, Hörmüz boğazının İran nəzarətində, blokada şəraitində uzun müddət qalması real görünmür və düşünürəm ki, bu istiqamətdə danışıqlar prosesi müsbət həllini tapacaq və nüvə silahından istifadə ehtimalı da aradan qaldırılacaq".

Siyasi       Tarix: 04 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri cəbhədən son xeber bugünki xəbərlər bugunun xeberleri