"O, 10 milyon manatın..."- Pənah Hüseyndən Nemət Pənahlı ilə bağlı ŞOK AÇIQLAMA
"Nemət Pənahlının səsləndirdiyi iddialar tamamilə sifarişli bir böhtandır. O, 10 milyon manatın mənimsənilməsi ilə bağlı ittihamları özündən uzaqlaşdırmaq üçün mərhum prezident Əbülfəz Elçibəyə iftira atır".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında Meydan hərəkatının fəal iştirakçısı, Azərbaycanın sabiq baş naziri, Əbülfəz Elçibəyin silahdaşlarından olan Pənah Hüseyn deyib. O bildirib ki, Nemət Pənahlının iddiaları birmənalı olaraq əssasızdır:
"Əslində Nemət Pənahlı bu hərəkəti ilə sözügedən məsələdə günahkar olduğunu bir növ etiraf etmiş olur. Şəxsən mən, onun son açıqlamalarına qədər, Nemət Pənahlı ilə bağlı ittihamları ciddiyə almırdım. Amma bu məsələni artıq öz üzərindən atmağa başlamasından və yalan əsaslar gətirməsindən sonra, özünü ifşa etdi. Elçibəylə bağlı iddialarında adlarını çəkdiyi şəxslərin hamısı bunu inkar etdi. Onlar Nemət Pənahlının yalan danışdığını bildirdilər. Bu onu göstərir ki, pulun mənimsənilməsi məsələsində Nemət Pənahlının özünün qaranlıq əməlləri ola bilər. Bütün bunlar əhəmiyyətsiz və mənasızdır".
P.Hüseyn vurğulayıb ki, mərhum prezident Əbülfəz Elçibəy maddi nemətlərə heç vaxt meyil etməyib:
"İctimaiyyətdə Elçibəyə rəğbəti olan yaxud olmayan demək olar ki, hamı Nemət Pənahlının bu hərəkətini pislədi. Elçibəyə böhtan atanlar çox olub. Onların başında gedənlərdən biri də həmişə Nemət Pənahlıdır. Amma Əbülfəz bəy böyüyə-böyüyə gedib. Nə qədər Azərbaycan xalqı, dövləti var, Elçibəy öz möhtəşəmliyini qoruyub-saxlayacaq. Əbülfəz Elçibəy heç vaxt maddi nemətlərə tamah edən şəxs olmayıb. O, sadəcə Azərbaycanın milli-mənəvi dəyərlərinə xidmət edib".
Qeyd edək ki, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlının son açıqlamaları ictimai müzakirələrə səbəb olub. O, Meydan hərəkatı dövründə toplanan böyük məbləğdə vəsaitin taleyi ilə bağlı sensasion iddialar irəli sürüb. Bildirib ki, 10 milyon vəsait AXC lideri və mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənilib. Pənahlının sözlərinə görə, pul toplandıqdan sonra özü həbs olunub, azadlığa çıxdıqda isə pulu saxlayan Rəsul adlı şəxsdən hesabat tələb edib.
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR