O, bütün AZƏRBAYCANLILARIN QƏHRƏMANI və LİDERİDİR - Elçin Mirzəbəyli yazır

O, bütün AZƏRBAYCANLILARIN QƏHRƏMANI və LİDERİDİR - Elçin Mirzəbəyli yazır"Bəşəriyyətin tarixini dahilərin tərcümeyi-halı təşkil edir"
Tomas Karleyl
Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu
Dahi şəxsiyyətlərin bəşəriyyətin tarixindəki yeri və rolu haqqındakı fikirlər, onların tərcümeyi-halı qədər müxtəlifdir. Lakin əksər fəlsəfi cərəyanların ilk carçıları və parlaq nümayəndələri şəxsiyyətlərin tarixi proseslərin inkişafındakı rolunun danılmaz olduğunu bildirirlər. Bu yazıya "Dünən və bu gün",  "Qəhrəmanlar, qəhrəmana pərəstiş və tarixdə qəhrəmanlıq", "Tarixi və tənqidi təcrübələr" kimi seçilmiş insanların tarixdəki rolundan bəhs edən əsərlərin müəllifi,  şotland əsilli Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu Tomas Karleylin sözləriylə başlamağım təsadüfi deyil.
Karleylin şəxsiyyətlərin tarixdəki roluna münasibəti müasirlərindən, xüsusilə də şəxsiyyətlərin tarixdəki rolunu subyektiv ədəbi baxış bucağından təqdim etməyə çalışan müasiri Lev Tolstoydan və tənqidçisi Bertran Rasseldən daha aydın, daha əsaslandırılmış və faktolojidir. Tomas Karleyl ideya və məqsəd, həmçinin onların həyata keçirilməsi ilə bağlı mülahizə yürüdəndə də haqlıdır. Çünki o, şəxsiyyətlərin tarixdəki roluna, fransız filosofu Raymon Arondan fərqli olaraq, "təsadüflər" prizmasından yanaşmır". Yaxud Hegel kimi "tarixi reallıqları şəxsiyyətlərin yaratmadığını, onların yalnız proseslərin gedişatına təsir göstərə bildiklərini" iddia etmir və mistik "bəşəri ruh" anlayışına üz tutmur. Karleyl insan amilini və onun yüksək ideallara sahiblənərək və bütün maneələri dəf edərək hədəfinə doğru irəliləmək potensialını önə çəkir. Tomas Karleyl yazır: "İdeal (hədəf, məqsəd) sizin özünüzdədir! Bu hədəfə çatmağa mane olan sədlər də sizin öz içinizdədir.
İdeya və məqsədlərinizi həyata keçirmək üçün yeganə amil isə mövqeyiniz və iradənizdir". Qənaətimə görə, Tomas Karleyl tamamilə haqlıdır. Çünki cəmiyyədə qəhrəmanlıq, fədakarlıq amilləri zəiflədikcə, liderlik keyfiyyətləri aşılandıqca, kütlənin gizli dağıdıcı qüvvəsi önə çıxır və bu dağıdığı qüvvə, toplum öz gerçək qəhrəmanını yenidən kəşf edib önə çıxaranadək qarşısına çıxan hər şeyi, o cümlədən yüksək dəyərləri, yaradıcı potensialı darmadağın edir. Biz gerçək qəhrəmanların və liderlərin tarixi proseslərdəki rolunun arxa plana keçdiyi zaman kəsiyində 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində kütləvi şüurun və antiqəhrəmanların ağır fəsadlara yol açan dağıdıcı gücünün şahidi olmuşuq və nə yaxşı ki, bu proses uzunmüddətli olmayıb.
...Yenidən Tomas Karleylin, hədəf, məqsəd və iradə haqqında daha öncə iqtibas gətirdiyim fikirlərinə qayıtmaq və şəxsiyyətin tarixi proseslərdəki rolunu, onun öz içində, düşüncəsində cücərdiyi, inkişaf etdirdiyi və həyata keçirdiyi idealla bağlı konkret nümunəyə müraciət etmək istəyirəm.
Qeyd edim ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müsahibələrindən birində yer alan bu nümunəyə daha öncəki yazılamdan birində də diqqət çəkmişəm. İndiki halda, tarixi zəfərimizin və uğurlarımızın memarının sözügedən müsahibəsində yer alan önəmli məqamları yenidən gün işığına çıxartmaqda məqsədim, şəxsiyyətin, liderin öz idealına doğru necə inamla, qətiyyətlə addımladığını və xalqın arzusundən boy atan bu idealı milyonların hədəfinə çevirmək məharətini bir daha vurğulamaqdan ibarətdir. 
Beləliklə, Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də, "Hakimiyyətin formulu" müəllif proqramına müsahibəsində həmyerlimiz Mixail Qusmanın ona ünvanlandığı "Təsəvvür edin, siz "zaman maşını"nda keçmişə qayıtmağı bacarmızınız. Həyatınızdakı hansı hadisələrə qayıtmaq və onları yenidən hiss etmək istərdiniz",- sualına belə cavab verir:
"...Əgər belə bir imkanım olsaydı, gələcəyə gedərdim. Deyək ki, 10 il irəliyə. Baxmaq istəyərdim, görüm düşündüklərim, nəzərdə tutduqlarım alınıb ya yox və hansı dərəcədə alınıb".
Qənaətimə görə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi ilə bağlı 2020-ci il, sentyabrın 27-dən başlayaraq günümüzə qədər davam edən, bizə silah tuşlayanların rüsvayçı məğubiyyəti, ağ bayraq qaldıraraq təslim olmaları, müharibə canilərinin əli qandallı Bakıya gətirilməsi ilə nəticələnən, çoxlarına möcüzə təsiri bağışlayan qürurverici hadisələrə Prezident İlham Əliyevin məhz bu müsahibədəki fikirlərindən yol almaq lazımdır. Bu gün Ali Baş Komandanın 22 il öncə haqqında açıq danışmadığı, sadəcə işarə etdiyi müqəddəs ali məqsədin, ana xəttin, ata yolun necə addım-addım, həm də mükəmməl bir şəkildə qət edildiyinə şahidlik edirik. 
Bu, xalqın arzularının onun qəhrəmanının – liderinin düşüncəsində necə boy atdığının, müqəddəs ideala çevrildiyinin,  mürəkkəb, öncədən təxmin edilməsi mümkün olmayan kombinasiyalarla, zərgər dəqiqliyi ilə gerçəkləşdirildiyinin bariz nümunəsidir. Bu öz xalqını, Vətənini, dövlətini canından artıq sevən, həyatının mənasını xalqının qürurunun yüksəldilməsində, yürdünün, elinin bütövləşməsində görən ŞƏXSİYYƏTİN, LUDERİN, QƏHRƏMANIN timsalında bir insanın tarixin gedişatını dəyişə biləcək zəka və xarakterə sahib ola bilmək potensialının tarixin qaranlıq səhifələrinə boylanmadan, keçmişə ayna tutmadan, fəlsəfi mülahizələr içərisində itib batmadan gözümüzün önündə sərgilənən sübutur. 
Şəxsiyyətlərin tarixdəki rolu ilə bağlı keçmişə ayna tutmaq istəməsəm də, bizi bu günümüzə gətirən dünyagörüşünün, dərin strateji zəkanın ötən illərin foto və video görüntülərindən boylanan cizgilərinə nəzər salmağı vacib hesab edirəm. 
Sadə azərbaycanlı qəhrəman
1990-cı ilin 20 yanvar qırğınından sonra Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndiliyində keçirdiyi mətbuat konfransından çəkilən foto və videogörüntülərə nəzər salıram. İlham Əliyev hüznlü və qayğılıdır. İçindəki etirazı gözlərində kök salan fikir yükü ilə, üz cizgilərində tarima çəkilən hüznlə pərdələdiyi açıq-aşkar görünür. O gündən başlayaraq, bizi Zəfərimizin mükəmməl bir şəkildə tamamlandığı günə qədər olan bütün fotoşəkilləri, təbii ki, hərəkətlilik və konkret situasiyaya uyğun reaksiya tələb edən məqamlar istisna olmaqla, göz önündən keçirirəm. Qəhrəmanımız bütün fotoşəkillərdə, gözlərini, həmin zaman kəsiyində sezə, mahiyyətini anlaya bilmədiyimiz məchul bir nöqtəyə dikərək düşünür... Yalnız özünün görə bildiyi uzaqlarda Böyük Zəfərimizə və Bütövlüyümüzə aparan yolun cizgilərini çəkir. 
İlham Əliyev qəhrəmanlığın və liderliyin bütün çalarlarıyla tarixin və yaşadığımız zamanın amansız gedişatını bizə qarşı olan misli görünməmiş haqsızlıq və ədalətsizliyə sinə gərməklə kökündən dəyişməyi bacaran, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi şəxsiyyətlərin ən mükəmməl cizgilərini xarakterində daşıyan İNSAN obrazıdır.
O, xalqının ağır günündə, bütün maneələrə baxmayaraq, onunla birlikdə olan, hüznünü, ağrı-acısını bölüşən sadə azərbaycanlıdır.
O, şəhid anasının gözlərindəki dərdi ürəyinə köçürən, Vətən yolunda canını fəda edən qəhrəmanların doğmalarının acısını öz ağrısı kimi yaşayan, şəhid məzarları önündə acısını köksünə sıxan qardaşdır...
O, Azərbaycan xalqının arzularını ifadə edən ata vəsiyyətini yerinə yetirdiyi üçün qürurunu, sevincini, öz yurduna geri dönənlərin sözlə ifadə edilməsi mümkün olmayan duyğularını gözünə sıxıb kövrələn övladdır, atadır!
O, 20 il ərzində öz xalqını zamanın dolanbaclarından keçirərək, məğlubiyyət sindromunu qətiyyəti və inamı ilə yenən, dünyanın haqsız düzənində meydan sulayan şərin himayəsinə sığınan qaranlığı zəkasının işığıyla qovan, total ədalətsizliyə savaş açan və qalib gələn sərkərdədir!
O, bütün AZƏRBAYCANLILARIN QƏHRƏMANI və LİDERİDİR! 
Elçin Mirzəbəyli / azxeber.com

Siyasi     Baxılıb: 144   Tarix: 22 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Trampdan SON DƏQİQƏ AÇIQLAMASI: "İran rəsmiləri nüvə sazişi bağlamağı xahiş edirlər"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran rəsmiləri onunla əlaqə saxlayaraq Tehranın nüvə proqramı üzrə yeni razılaşmanın bağlanmasını istəyirlər. xəbər verir ki, bu barədə Tramp NBC News telekanalına müsahibəsində danışıb

Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib. Bu barədə Türkiyə XİN-in tviter hesabında paylaşım edilib. "Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə

Ərdoğan və Tramp İran-İsrail gərginliyini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sabiq prezidenti Donald Trampla telefon danışığı aparıb. xəbər verir ki, Türkiyə Prezident Aparatının yaydığı açıqlamaya görə, söhbət zamanı İran və İsrail arasında artan gərginlik

Erməniləri daşıyan təyyarə Bakı hava limanına enib

"İran İslam Respublikası və bəzi qonşu ölkələrin hava məkanının bağlanması ilə əlaqədar bir sıra beynəlxalq reyslər Zvartnots Beynəlxalq Hava Limanına və regionun digər ölkələrinin hava limanlarına təcili eniş edib"

İsrail XİN: İrana zərbələr Avropanın təhlükəsizliyinə töhfə verir

İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas ilə telefon danışığında ölkəsinin İrana zərbələrinin Avropanın təhlükəsizliyinə töhfə verdiyini bildirib və onların davam etdiriləcəyin

İsrail Yaxın Şərqin xəritəsini yenidən cızmağa çalışır

İsrail İran ərazisinə hücumları ilə bölgədə hərbi əməliyyatlar sahəsini genişləndirməyə və Yaxın Şərqin xəritəsini yenidən cızmağa çalışır. xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Sudani deyib. Sudani İsrailin təcavüzün

Azərbaycan bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdar

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

Bakıda iyunun 18-də keçirilməsi planlaşdırılan Azərbaycan-İran biznes forumu qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə -a Beynəlxalq İstehsalçılar, İxracatçılar və İdxalçılar Klubundan (ICMEI) məlumat verilib. Forumd

İsraili əbədi rüsvayçılıq gözləyir

İsrailin Kirmanşah şəhərindəki xəstəxanaya zərbə endirməsi beynəlxalq hüququn pozulması və müharibə cinayətidir. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib. "Təcavüzkar İsrail Kirmanşahdak


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az son xabar xəbər az butun xeberler