O gün 'TikTok'da görürəm ki, 92 yaşlı kişi ilə qadın...' - Rəşid Mahmudov

O gün 'TikTok'da görürəm ki, 92 yaşlı kişi ilə qadın...' - Rəşid Mahmudov"Qohum evliliklərinin qadağan olunması mümkün deyil. Bu, boş şeydir. Evlənən evlənəcək, onsuz da. Bu evliliyi heç kim qadağan edə bilməz. Biz azərbaycanlıyıq, hər zaman qohuma qız verib, qız almışıq. Elə bölgələrimiz var ki, orada sırf qohum evliliklərinə üstünlük verirlər. Həmişə olub, olacaq da. Biri xalası qızı ilə evlənmək istəyir, ona kim mane olacaq ki? Uzaqbaşı kəbinini kəsdirməyəcək, amma nəticədə yenə də evlənəcək".
azxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov bildirib.
"Genetik xəstəliklər var. Lap yaxın qohumların, məsələn, xalauşaqları, əmiuşaqlarının nikahından doğulan körpələrdə ortaya çıxır. Genləri düzdürsə, onların izdivacından doğulan uşaqlar da sağlam olacaqlar. Genlərində problem varsa, qohumla yox, başqası ilə evlənəndə də uşaq xəstə doğulacaq. Bunu başa düşmürlər, elə ucundan tutub ucuzluğa gedirlər. Nə qədər müzakirə olunursa-olunsun, bunların qohum evliliyinə heç bir aidiyyəti yoxdur.
Onsuz da, bizdə heç kim sevib evlənmir. O gün "TikTok"da görürəm ki, 92 yaşlı yapon kişi ilə 99 yaşlı qadın əl-ələ tutub oynayırlar. Elə bilirsən ki, 50-60 yaşları var. Bizim kişilər də qocalan kimi qadınının dədəsinin gorunu söyürlər. Deyirlər ki, səni mənə ürcah edənin... Axı sevib evlənməyiblər", - deyə həkim bildirib.
Qeyd edək ki, Azərbaycanda qohum evliliyi qadağan oluna bilər. Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.

Şou Biznes       Tarix: 14 mart 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət son xeber xeber.az son xeberler cəbhədən xəbərlər