"O, kimdir ki, meyxana haqqında danışır?" - Xəzər Süleymanlıya cavab
"Mən elə bir adamı tanımıram. Özü-özünü sübut edib ki, meyxana haqqında da danışır? O, hansı statusa, elmə sahibdir ki, meyxana haqqında danışır? Sadəcə olaraq meyxana haqqında son dövrlər belə qiraətçilər danışır ki, nəsə əldə etsinlər, adları haradasa hallansın".
azxeber.com xəbər verir ki, bu sözləri "ölkə.az"a açıqlamasında tanınmış meyxanaçı Mehman Əhmədli qiraətçi Xəzər Süleymanlının meyxana ilə bağlı qalmaqallı fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, meyxananın kütləsi böyükdür:
"Meyxana sevilən bir janrdır. Normal qiraətçi olsaydı, o, meyxana haqqında elə danışmazdı. Çünki qiraətçi şeir deyirsə, əgər o, ümumiyyətlə şeir nədir bilirsə, həqiqətən qiraətçidirsə, bilməli idi ki, meyxana necə sənətdir. Meyxanada bədahətən şeirlər deyilir.
Hansı haqqla, hansı hüdudla meyxana haqqında danışır? İkincisi, ola bilər ki, bu adamı tanımaya bilərəm, amma onun danışığından bilinir ki, sənəti nə boydadır. Kimdir deyəndə mən onun şəxsiyyətinə toxunmuram. Amma insan özünü sözü ilə məlum edər. Niyə yoxdur meyxana? Meyxana var".
Qeyd edək ki, qiraətçi X.Süleymanlı "Pərvizə görə" verilişində hazırkı meyxananın vəziyyətinin acınacaqlı olduğunu bildirib.

Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib