"O mahnı 20 yanvar şəhidləri üçün yazılmışdı" - "Dərd verdin"in müəllifi danışdı

"Mən bu şeiri "20 Yanvar" şəhidləri üçün yazmışam. Nailə Mirməmmədli şeiri dinlədi, göz yaşları içində məndən götürdü, bir gecəyə bu mahnını bəstələdi. Dinləyəndə hönkür-hönkür ağladıq".
Bu sözləri azxeber.com-a açıqlamasında son günlərdə qalmaqallı bəstə kimi qələmə verilən "Dərd verdin" mahnısının sözlərinin müəllifi Dilarə Şahid deyib.
Şair bildirib ki, bu mahnının sözləri kommersiya məqsədli yox, "20 Yanvar" şəhidlərinin xatirəsinə ithaf olunub:
"Bu şeiri mən "20 Yanvar" şəhidlərinin xatirəsi üçün yazmışdım. Bir gün Nailə Mirməmmdəli bizə gələndə, şeiri ona oxudum. O, şeirdən çox təsirləndi və onu özü ilə apardı. Gecə saatlarında mənə zəng etdi ki, gör mən necə bir bəstə yaratmışam. O mahnını ifa etdi, mən telefonda dinlədim və biz ikimiz də hönkür-hönkür ağlamağa başladıq. Nailə dedi ki, mahnını Mətanət İsgəndərlinin səsinə uyğuyn yazmışam istəyirəm o oxusun. Amma niyəsə məsafə uzandı. Hər dəfə soruşurdum ki, nə oldu, niyə oxumadı Mətanət? Sonra isə oxudu və mahnı həqiətən də ağır bir əsər kimi yadda qaldı".
Söz yazarı bu gün mahnının gecə klublarında səslənməsinə də öz münasibətini bildirib:
"Mən mahnıların hər daim yeni nəsil tərəfindən ifa olunmasının tərəfdarıyam. Əgər bir sənətkar ölürsə, onun mahnıları yaşamalıdır. Onda Şövkət xanımın, Rəşid Behbudovun mahnıları da unudulsun? Nə müəllifləri, nə də ifaçısı həyatda yoxdur. İndi bu mahnının bu tərzdə ifa olunmasında bir qəbahət görmürəm, o bacılar pis ifa etməyiblər. Mahnıya yaraşmayan yüngül xarakterli xanım izləyicilərin etdiyi hərəkətlərdir. Onlar bu mahnının şoulaşdırdılar. Bunun da qarşısını təəssüf ki, biz ala bilmərik".
Dilarə Şahid bildirib ki, illər öncə ərsəyə gələn mahnıdan heç bir qonorar almayıb:
"Bu mahnı mənim Nailə ilə bir yerdə hazırladığım layihə idi. Tam təsadüf alınmışdı. Mahnını Mətanət İsgəndərliyə Nailə Mirməmmədli vermişdi. Mən bir manat belə pul almamışam bu şeirə görə. Buna görə də Mətanət xanımda heç bir müəlliflik hüququ ola bilməz. O, o zaman haqq iddia edə bilərdi ki, mahhı və sözləri üçün pul ödəyərdi.
Müəlliflik hüququna qalsa mən çox müğənnidən şikayətçiyəm. Hətta Əməkdar artist Ədalət Şükürov mənə "Aydanım" adlı şeir yazdırdı, ona mahnı bəstələndi. Amma mahnı yayımlananda sözləri başqa insanın adına çıxdı. Mən qalmaqal insanı deyiləm. Çünki adımın yanında atamın adı dayanıb. Belə şeylərdən danışmaq mənə yaraşmaz".
Aysel Hacızadə

Şou Biznes       Tarix: 25 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarl


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 son xabar hava haqqinda son xeber 2026