O vaxt SSRİ-nin də DAĞILACAĞINA inanmırdılar - Kremlin nəyi də olmasa, GOPLAMAĞI var

O vaxt SSRİ-nin də DAĞILACAĞINA inanmırdılar - Kremlin nəyi də olmasa, GOPLAMAĞI varBir dəfə mərhum tarixçi Dilavər Əzimli ilə müsahibədən sonrakı səmimi söhbətimizdə o mənə rusların təbliğat maşını barədə danışdı:
"Bizi elə gipnoz eləmişdilər ki, hətta Şaumyanın adı çəkiləndə ayağa durmalıydıq".
KONKRET.az olaraq məlumat verək ki, Dilavər Əzimli antirusiya mövqeli tarixçilərdən olub. Ən populyar və yaddaqalan deyimlərdən birinin də məğzi belədir ki, I Pyotr nə olub ki, onun vəsiyyətləri nə ola? Vodkadan içib vannada gəbərib.
Bu yazıda millətçilik iddiası yoxdur. Bu mövzuda hər xalqın öz versiyası var. Ona qalsa farslar iddia edir ki, türklər cəhənnəmin əbədi sakinləridir. Ümumiyyətlə, daşnak erməniləri kimi radikal farsların da müalicəsi yoxdur. Fars-rus-erməni üçbucağı həm də ideologiyalar üçbucağıdır. Onlar hansısa heroqlif, mixi yazısını özününküləşdirə, qədim türk hamam qalıqlarını Tiqran məzarı kimi qələmə verə, 1504-cü ildə Şah İsmayılın tapşırığı ilə Rəvanqulu xanının tikdiyi İrəvan qalasını "erebuni" kimi özəlləşdirməyə cəhdlər edə bilirlər. Halbuki Urartu da erməni dövləti olmayıb. Türk dövlətlərinin, yerli sülalərin hakimiyyətinin təbliğat yolu məhvi Rusiyanın ideyası olub. XX əsrdə Qacarları taxtdan salmaq üçün rus-ingilis missionerləri farsları da bu üsula öyrədiblər. Hibrid Ermənistan isə Rusiyanın ilk "əsər"idir.
Cəfəngiyat beyinlərə sırınandan sonra Rusiya özünün ən güclü və məğlubedilməzlik mifini yaratdı. 1991-ci ildə SSRİ bayrağı Kremldə endiriləndən sonra da potsovet ölkələrinin əhalisi buna tam inanmırdı. Bəziləri köhnə rublları da saxlayırdı ki, "sovetlər çox güclüdür, bərpa olacaq". Gülünc və ağlamalıdır. Çünki indi də həmin inanclar Rusiya ilə bağlı dolaşmaqdadır. Camaat samboçu Putini Brus Li kimi məğlubedilməz, Rusiyanı isə bölünməz, əbədi imperiya sayır. Çünki rus təbliğat maşını güclüdür. Çünki Rusiya bəzi məsələlərdə öz asılılığını yaradıb. Çünki Kreml Çar Rusiyasının işğalında olan hər ölkədə münaqişə və mübahisə ocağı saxlayıb.
✓ Lakin Rusiyanın hegemonluq fobiyasını Azərbaycan 44 günlük savaşla qismən dağıtdı.
✓ Ukrayna isə bu qisməni tamamən etmək üzrədir.
✓ Gürcüstanın Polşa ilə birgə PUA hazırlaması xəbəri Kremlə sonrakı sürprizlərdən olacaq.
Bizim dövlətçilik tariximiz ilk rus dövlətindən ən azı 2 minillik əvvələ dayanır. XI əsrin köləsi XXI əsrin ağası deyil.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 11 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeber cəbhədən şad xəbər bugunun xeberleri butun xeberler