Obama Avropa Birliyini aşağıladı - İttiham
ABŞ-ın keçmiş dövlət başçısı Barak Obama siyasi memuarlarının nəşr olunduğu "Vəd edilmiş torpaq" kitabında Avropa Birliyini "aşağılamaq"da günahlandırılıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Deyli Ekspress" qəzeti məlumat yayıb.
Obama kitabında qeyd edib ki, 2008-ci ildə baş verən maliyyə böhranından sonra Yunanıstanın borc krizisi yaşaması Avropanın on illərdir davam edən inteqrasiya yolunda həll olunmamış problemləri üzə çıxardı.
"Yunan siyasətçilərinin vəziyyətdən çıxış yolu yox idi, çünki Avrozonaya üzv olmaq ölkəni pul siyasəti sahəsində elastikliyindən məhrum edib", - Obama kitabında qeyd edib.
Obama, həmçinin Merkel və Sarkozinin "seçicilərini əcnəbiləri iflasdan qurtarmağın zəruriliyinə inandırmaq" problemi ilə üz-üzə qaldıqlarını yazıb. Qeyd edib ki, bu, Avrozonaya inamı azaltdı və bunun izləri indi də görünür.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək