Ödənişli yolda radar və müşahidə kameraları quraşdırıldı

Ödənişli yolda radar və müşahidə kameraları quraşdırıldıBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb.
azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları cari ilin yanvar ayında quraşdırılmışdı. Radarlar və xüsusi texniki vasitələrin quraşdırılmasına isə ötən həftədən başlanılıb. Quraşdırılan texniki vasitələr hazırda test rejimində işləyir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov bildirib ki, yolda radar və müşahidə kameralarının quraşdırılması işləri bir ay ərzində yekunlaşacaq. Proses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.
Mirqiyas Kazımovun sözlərinə görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.
Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.

Sosial       Tarix: 28 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 40 manat cərimələnəcək

Son dövrlər skuterlərdən istifadə halları artıb. Lakin bəzi sürücülərin piyada səkilərində hərəkət etməsi piyadalar üçün təhlükəli vəziyyət yaradır. Bəs skuterlərin səkilərdə sürülməsi qanunla qadağandırmı? Qaydanı pozanlar

Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək

Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən idxal edilən benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarına tətbiq olunan gömrük idxal rüsumların

Bu şəxslər 10 dəfə az ödəniş edəcək – Tək bir şərt var

2027-ci ildən kənd təsərrüfatı ilə məşğul olan fermerlər və sahibkarlar üçün yeni vergi güzəştləri tətbiq ediləcək, bir sıra mövcud azadolmaların müddəti uzadılacaq. yenisabah-a istinadən xəbər verir ki, Vergi Məcəlləsin

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır

Azərbaycanda qızıl və mis hasil edən "Anglo Asian Mining" şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətin

Azərbaycanda ən yüksək maaş verilən şəhər və rayonlar - SİYAHI

Azərbaycanda orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu şəhər və rayonların adları açıqlanıb. -a istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 172,7 manat təşki

Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutulub

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində silahlı insident baş verib. Azərbaycanlı iş adamı Duriç Hacıyevin avtomobili atəşə tutulub. Hadisə iş adamı azyaşlı övladları ilə birlikdə evə qayıdarkən baş verib. İnsiden

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Baku TV"nin efirində yayımlanan "Aktual Gündəm" verilişinin qonağı olub. xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsir


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber saytlari şou biznes xəbərləri cəbhədən ən son xəbər cebheden xeberler