Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır

Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılırAzərbaycanda qızıl və mis hasil edən "Anglo Asian Mining" şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətinə qaytarılacaq.
KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, hasilatın pay bölgüsü sazişinin (HPBS) şərtlərinə əsasən, Qoşa üzrə hasilat hüququnun müddəti başa çatıb, Ordubad üzrə isə müddət yaxın vaxtlarda bitəcək.
Şirkət layihə portfelini və yaxın dövr üçün böyümə imkanlarını nəzərdən keçirdikdən sonra qarşıdakı bir neçə ildə Qoşa və Ordubad sahələrinə əlavə vaxt və resurs ayırmağı strateji baxımdan məqsədəuyğun hesab etməyib. Hər iki sahə şirkətin hazırkı hasilat obyektlərindən uzaqda yerləşir və burada digər müqavilə sahələrindəki kimi hazır infrastruktur yoxdur.
Şirkət rəhbərliyinin və kapital qoyuluşlarının əsas diqqəti Xarkar və Qaradağ mis layihələrinin hasilata başlamasına yönələcək. "Anglo Asian Mining" planlaşdırılan geoloji kəşfiyyat işlərini mövcud hasilat sahələrinin genişləndirilməsinə yönəldəcək. Şirkətin gözləntisinə görə, yeni yataqlar aşkarlandığı halda mövcud infrastrukturdan istifadə mədənlərin və emal müəssisələrinin istismar müddətini uzatmağa imkan verəcək.
Hazırda şirkət HPBS-yə zəruri dəyişiklikləri Azərbaycan hökuməti ilə razılaşdırır. Dəyişikliklər razılaşdırıldıqdan sonra Milli Məclisin təsdiqinə təqdim olunacaq. Şirkət gələcəkdə Qoşa və Ordubad üzrə hasilat hüquqlarını yenidən əldə etmək üçün müraciət edə bilər.

Sosial       Tarix: 19 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurum tərəfindən 2027–2030-cu illəri əhatə edən Maliyyə Sektorunun İnkişa

Suraxanıda maşın yandı

Suraxanı rayonunda minik avtomobili yanıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, Yeni Günəşli qəsəbəsi ərazisində avtomobil qəfil alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəl

Mərkəzi Bankın səlahiyyətləri artırıldı

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Sənədə əsasən, AMB cinayət yolu ilə əldə edilmiş əmlakı

Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA

İşəgötürənlər işçilərinin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə investisiya yatırmalıdırlar. xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu 202

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-da

DİM sədrliyindən BDU-nun rektorluğuna - Məleykə Abbaszadənin dosyesi

Prezident İlham Əliyevin Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə o, Bakı Dövlət Universitetinin yeni rektoru təyin edilib

Başı ağrıyırmış, hamama gedib...' - Yataqxanada tələbənin ölümünün təfərrüat

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanad

Polad Həşimovun anasının səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova xəstəxanadan evə buraxılıb. Bu barədə sorğuya cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, 1949-c

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou axsam az xeberler cəbhədən son vəziyyət xəbərlər.com