"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - "The Travel" Azərbaycandan yazıb + FOTO

"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - "The Travel" Azərbaycandan yazıb + FOTO
Odlar yurdu, olduqca cazibədar, heyrətamiz gözəlliyə malik ölkə.
"Report" xəbər verir ki, bu fikirlər məşhur "The Travel" nəşrinin Azərbaycanla bağlı geniş məqaləsində yer alıb.
Məqalədə qeyd edilir ki, İngiltərənin paytaxtı Londondan Azərbaycanın baş şəhəri Bakıya təyyarə ilə uçuş təxminən altı saatdır. Azərbaycan çox cəlbedici ölkədir.
Hazırkı səs-küylü müasir Bakı şəhəri 1870-ci illərdən sonra canlanmağa başlayıb. 1900-cü ilə qədər Azərbaycan dünya neftinin yarıdan çoxunu istehsal edirdi.
Müəllif hündür binaların, xüsusən şəhərin hər tərəfdən ucalan simvolik Alov Qüllələrinin onu heyrətə gətirdiyini xüsusi vurğulayıb:
"Bakı Xəzər dənizinin sahilində yerləşir, sahilboyu Bakı bulvarı keçir. Bu, palma ağacları ilə örtülmüş geniş gəzinti yeridir".
Yazıda qeyd edilir ki, müasir binalar həqiqətən yeniliyi ilə insanı şoka salır.
"Xoşbəxtlikdən qədim İpək Yolunun dayanacağı olan köhnə şəhər qorunub saxlanılıb. Onun orta əsr divarları ilə əhatə olunmuş dar dolama küçələri, məscidləri və abidələri YUNESKO-nun siyahısındadır, baxmayaraq ki, son illərdə çox şey yenidən qurulub. Dənizin düz kənarında yerləşən qədim Qız qalası və varlı zadəganların müharibə zamanı qiymətli əşyalarını saxladıqları yerdir. Onun beş metrlik divarları, demək olar, alınmaz idi, ona görə də belə adlanırdı və yuxarıdan Bakı buxtasına və İçərişəhərə geniş mənzərə açılırdı".
Məqalədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsindən də bəhs edilir:
"Doqquz metrlik abidə 2008-ci il fevralın 26-da, Azərbaycan tarixində faciəli hadisə olan, əksəriyyəti ana və körpələrdən ibarət 600-dən çox insanın Ermənistan əsgərləri tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımının 16-cı ildönümündə açılıb. O, tunc və qara qranitdən hazırlanıb, yuxarı hissəsində gecə paltarında ölü uşağı sinəsində tutan ananın təsviri olan heykəl var. Aşağıdakı postamentdə qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, qurbanların adları yazılıb".
Məqalədə diqqət Azərbaycanın neft və qaz ehtiyatlarına görə "Odlar yurdu" kimi tanınmasına cəlb edilir. Qeyd olunur ki, Bakıdan bir neçə kilometr məsafədə Yanar dağ yerləşir.
Bir neçə əsr əvvəl atəşpərəstlər tərəfindən tikilmiş Atəşgah eyni dərəcədə təsiredicidir. Mərkəzi yanan alov və dörd tüstü bacası olan mərkəzi bina rahiblərin hücrələri ilə əhatə olunub.
"Bakıdan 70 km qərbdə Qobustan kimi tanınan tarixi mədəniyyət mərkəzi yerləşir. Burada 12 min il yaşı olan 4 000-dən çox qayaüstü rəsm var. İnsanlar rəsmlərdə ov, qayıqla balıq tutarkən, hətta daş dövrünün rəqsləri təsvir edilib. Yerli sakinlər mağara sığınacaqlarında yaşayırdılar və tədqiqatçı Tur Xeyerdal qamışdan hazırlanmış qayıqların təsvirlərini görəndə, vikinqlərin buradan gələ biləcəyini düşündü".
Onlar oymaların altında burada yaşamış daş dövrü insanlarının həyatına nəzər salmaq imkanı verən əla muzey tikiblər.
Məqalədə həmçinin bildirilir ki, yaxınlıqda palçıq vulkanları var.
/ oxu.az

Turizm       Tarix: 19 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"


yeni xeberler son xeberler azerbaycan xeberleri qarabag sonxeberler son xeberler bugun 2026 azerbaycan sonxeber.az