"Oğlumun daşı bir sənin başına düşməmişdi" - Brilliant Dadaşovadan sərt cavab

"Oğlumun daşı bir sənin başına düşməmişdi" - Brilliant Dadaşovadan sərt cavabXalq artisti Brilliant Dadaşovanın İnstaqramda "show news" səhifəsində yazdığı şərh tənqid edilib.
Open.az xəbər verir ki, səhifədə yerləşdirilən "Haberglobal TV"nin Azərbaycan-Ermənistan gərginliyi barədə hazırladığı süjetə müğənni şərh yazıb.
Dadaşovanın "Onsuz da bir-birinin ətini yeyən cəmiyyətə çevrilirik. İndi burada qoşub-düzülmüş dedi-qodu yazsaydız, bəh-bəhlə təhqir etmək üçün şərhlər ard-arda düzülərdi. Təhqir, alçaltma propaqandası, gəl, görəsən. Allah özü yaxşıları qorusun. Yaxşı insanların gözəl əməlləri sayəsində Azərbaycan bu sınaqdan da çıxar" sözləri tənqidlə qarşılanıb.
İzləyicilər B.Dadaşovaya "Xalq olmasaydı, siz ulduzlar da olmazdınız. Biz bilirik kimin ətini yeyirik" kimi rəylər yazılıb. Bir izləyici isə ona oğlu Cahad Hacıyevin karantin vaxtı qaydaları pozub, "Fairmont Baku"da istirahət etdiyini vurğulayıb.
Tənqidlərə bir-bir reaksiya veən müğənni bunları yazıb:
"Sizə yox, musiqi mədəniyyətimizə qulluq edirəm və tək mən yox! Əmim Məlik Dadaşovdan tutmuş, atamın xalası Hökümə Nəcəfova, babamın əmisi oğlu Hüseyin Ərəblinski və bütöv ziyalı ailəmiz - hərəmiz öz sahəmizdə Azərbaycanımıza xidmət etmişik. Oğlumun daşı bir sənin başına düşməmişdi. Guya, Azərbaycan xalqını sevirsən? Elə isə oğlum sənin millətindən deyil? Sən kimsən ki, mənim yazımı müzakirə edirsən?! Özün şəxsiyyət ol, öz fikrini yaz. Sənin xalqın kimdir, bilmirəm, amma mənim öz xalqım elə mədəni, gözəl, yaxşı niyyətli, ürəyində rəhm olan Azərbaycan xalqıdır.
Hər şeydən xəbərdarsan, amma oğlum "Fairmont" oteldə olmadığı halda, onu guya orda olubmuş kimi qələmə verənlərdənsən. Yazıq, Allah sənin kimiləri xoşbəxt etsin ki, pislik etməyə vaxtın və həvəsin olmasın.
Baxın görün, ilk yazdığım şərh dərhal öz təsdiqini tapdı. Bizə qarşı sadəcə silahlı hücum deyil, həm də "güclü" təşkil edilmiş informasiya müharibəsi aparılır! Və biz bu dəqiqə o hücumlara cavab vermək məcburiyyətində qalmış azərbaycanlılarıq". (Axşam.az)

Şou Biznes       Tarix: 22 sentyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler cebheden xeber xəbər.az şou biznes xəbərləri