"Oğlumun nənəsinə ehtiyacı yoxdur" - Səidə anası ilə barışmır
"İstəmirəm artıq qalmaqallı danışıb, kefimi pozum. Xoşbəxt övlad və sənətçiyəm. Hər gün atamla içimdə danışıram. Başqalarının nə dediyi əhəmiyyətsizdir. Mənim üçün anlamlı olanların fikrini dinləyirəm. Mənə atamın, qardaşımın və həyat yoldaşımın fikirləri maraqlıdır. Ata ocağından artıq çıxmış övladam. Yoldaşım hər zaman yanımdadır. Oğlumla məşğulam. Atam məni belə görmək istəyirdi".
Open.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "7 Canlı" proqramında deyib. Sənətçi bir müddət əvvəl anası haqda dediyi qalmaqallı fikirlərlə bağlı danışmaq istəməyib.
Atası, mərhum Xalq artisti Rafael Dadaşovdan danışan Səidə aktyorun şeirlərini nəşr etdirmək istədiyini bildirib. O, bunun üçün maddi yardıma ehtiyacı olduğunu gizlətməyib:
"Kömək edən olsa, atamın şeirlərini çap etdirmək istəyərdim. Yaxşı insanlar yəqin məni eşidər. Atamın əlyazmalarını, şeirlərini toplayıb kitab çıxarmaq istəyirəm. Mənə dəstək olsunlar. Yaxşı insanlar az deyil. Ən önəmlisi isə atamın arxasında sevgi var idi. Onu sevirdilər. Atamın şeirlərini yaşadacam".
Anası Sədaqət Dadaşova haqda sözlərə isə Dadaşova "Özüm bir anayam. Nisbitir, belə də... Oturub evində. Mənim artıq öz ailəm var, evimdə oturmuşam. Övladım, sənətimlə məşğulam. Onun ən balaca nəvəsi mənim oğlum Rafaeldir. Amma Rafaelə baxmasına ehtiyacım yoxdur. Baldızım baxır. Onu o qədər sevgi ilə əhatə ediblər ki... Gərək yoxdur o nənəsinə. Baldızım, qayınanam oğluma baxsa, daha yaxşıdır" sözlərini deyib. (Axşam.az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq