Oğru olmayan ciddi müəllif, plagiat olmayan ciddi əsər yoxdur

Oğru olmayan ciddi müəllif, plagiat olmayan ciddi əsər yoxdur Oğru olmayan ciddi müəllif, plagiat olmayan ciddi əsər yoxdur
Aqşin Yenisey yazır...
Hər bir ciddi sənət əsəri hər dəfə orijinal olmağa cəhd göstərən gizli bir plagiatdır. Burada "plagiat" kəlməsini birbaşa lüğəti mənasında deyil, zaman keçdikcə ilkin mənasını itirmiş, hətta artıq ilkin mənasının antoniminə çevrilmiş bir kəlmə kimi anlamaq lazımdır.  
Ta Misirdən yunanlara, yunanlardan Avropa Renessansına qədər uzanan təsviri sənətin izlədiyi yola diqqətlə baxsaq yuxarıda yazdığım fikrə öz aramızda əl basıb and içə bilərik. Plagiat anlayışının sənət dünyasında mənfi mənada işlənməsi modernizmin yaranmasından, təbiət elmlərini ictimai elmlər əvəzlədikdən, insan kosmosda axtardığını tapmayıb öz içinə doğru üz tutduqdan, yəni romantizmin tüğyanından sonraya təsadüf edir. 
Mənim fikrimə görə isə, plagiat anlayışının sənətdə etik və hüquqi status qazanması patent hüququnun Qərb dünyasında aktuallaşmağa başlaması ilə bağlıdır. Bildiyimiz kimi, patent hüququ XVIII əsrin sonları, XIX əsrin əvvəllərində Qərb ölkələrində qüvvəyə minməyə başladı ki, bu da sənətdə romantizm düşüncəsinin "qan və göz yaşı tökdüyü" ən yaddaqalan dövr idi. Həmin ərəfədə bütün Qərb ədəbiyyatı, bir əlində tapança, bir əlində yaylıq öz "yasaq aşk"ı uğurunda intihar edən gənc Verterə yas saxlayırdı.  
Azərbaycan ədəbiyatındakı orijinallıq dərdi daha çox bu dərdə düşənlərin dünya sənət tarixindən xəbərsiz olmalarından irəli gəlir. Yaradıcı informasiyanı "birinci əldən", yəni ilham pərisindən almaq şairin gizli peyğəmbərlik iddiasından xəbər verir ki, bu rolu da ona din biçib. Halbuki plagiatın ən mübahisəsiz nümunələri dini mətnlərdir. Məsələn, təxminən, üç min il əvvəl yəhudilər şumer mətnlərini (Nuhun gəmisi, insanın palçıqdan yaranması və s.) götürüb onlardan özləri üçün iudaizm inancı düzəltdilər. Sonrakı ardıcıllığı da hamı bilir.  
Hətta sənətdə "birinci əl" anlayışının dəbdə olduğu çağda belə sənət adamları göyə deyil, daha çox bir-birilərinin əlinə baxırdılar. Antik Misir rəsmləri, qədim yunan heykəlləri, bir az bəri gəlsək, kilsə ikonaları, sanki, eyni sənət adamının emalatxanasında hazırlanmışdı.
Patent anlayışının hüquqi olmaqla yanaşı, həm də etik status qazanmasından sonra sənət və sənətçilər də "orijinal" olmaq məcburiyyətində qaldılar və ortaya "müəllif üslubu" deyə bir anlayış çıxdı. Ancaq bu da plagiatın yolunu bağlaya bilmədi. Bu dəfə bir-birilərindən ilhamlananlar (oğurlayanlar) birləşib sənət cərəyanlarını yaratdılar. Eyni sənət cərəyanına mənsubluq, bir növ, icazəsi alınmış plagiat idi. Dindəki siğə anlayışı kimi.  
Sənətdə plagiat hadisəsi öz-özünə baş verən prosesdir, əgər yaradılan əsərin yolu birbaşa bazardan keçmirsə. Belə ki, yaradıcı insan özü kainatda deyil, kainatı içində həll edən, ərinmiş hala sala bilən adamdır. O, kainatı özündə əridib ondan xammal düzəldir və bu xammaldan yeni formalar və mənalar yaradıb yenidən kainata ötürür. Ona görə də hər bir yaradıcı şəxs istəməsə belə, özündə maqmalaşdırdığı kainatın içində özünəqədərki sənət əsərlərini də əritməyə məhkumdur və bu ərinmiş sənət əsərlərinə xas olan əlamətlər yeni yaradılan əsərlərdə də bu və ya digər forma və məzmunda üzə çıxır. İlk rəssam təbiəti içində əridən şəxs idi; o ovladığı bizonun yalnız ətini mədəsində əritmirdi, eyni zamanda bizonun mahiyyətini də təbiətin bir parçası kimi özününküləşdirirdi və gecənin bir aləmi təbiət ondan öz övladını, ən azı, onun bir nişanını, xatirəsini geri istəyirdi. İlk rəssam balasını yediyi ana təbiətin zəhrimar yağan sir-sifətini yuxuda görüb böyük bir həyəcan içində ayağa qalxır, özünüküləşdirdiyi bizonun şəklini qayaya çızırdı, "udduğunu geri qusurdu", təbiətdən aldığını ona geri qaytarırdı, amma başqa formada, başqa məzmunda. 
Əslində, insan təbiəti sənətin gözü ilə tanıyıb desəm, çox da ağ etmiş olmaram. Hətta fotoaparatın kəşfindən sonra da biz təbiətə bir rəssamın gözü ilə deyil, başqa bir sənətçinin, fotoqrafçının gözü ilə baxmaqdan zövq almağa başladıq. 
Təbiətdən uzaqlaşdıqdan sonra onun yerini sənətin özü tutdu. Məsələn, Pol Sezanın "Böyük hamam" əsəri ilə tanış olan Pikasso günlərlə bu əsərin təssüratını öz içində əritdi və günlərin birində özünün "Avinyonlu qızlar" tablosunu yaratdı. Avinyon fahişəxanasındakı Pikassonun "qızları" rəssamın içində kainatla birgə həll olmuş Sezanın "Böyük hamam"ında çimən qadınları idi. 
Sənət özünü yaşatmaq üçün "oğurlamalıdır". Eynən insan kimi sənət də çox vaxt ehtiyacdan "oğurlamağa" məhkumdur, amma bəzən də bu, sadəcə, əl vərdişinə çevirilir. Həyatda olduğu kimi sənətdə də cəzalandırılanlar oğurlayarkən hadisə yerində "iz buraxanlardır".   
Sənətdə təsirlənmək "oğurluğa" psixoloji hazırlıq mərhələsidir. Heç bir ciddi sənət adamı təsirlənmədiyi əsərdən, ya da müəllifdən heç vaxt heç nə "oğurlamır". "Oğurlamaq" üçün öncə təsirlənmək lazımdır. "Qarət edəcəyin" ünvanı dəfələrlə gözdən keçirməlisən, izləməyi, güdməyi, ən münasib zamanda hərəkətə keçməyi bacarmalısan. 
Yaradıcılıq dediyin müdhiş bir oğurluq prosesidir. 
Sənətdə "hallalıq" kallıq əlamətidir. Hətta Nyuton kimi orijinal, halal bir dahi də özündən əvvəlkilərdən "çırpışdırdıqlarına" bu şəkildə minnətdar olduğunu deyirdi: "Əgər daha çox qabağı görə bilirəmsə, bunun səbəbi keçmişdə var olan nəhənglərin çiyinlərində oturmağımdır". Sənətdə heç vaxt "oğurlamadığı" ilə qürur duymaq eqosit maymaqlıqdır. Nyutonun "oğurladığı" dünyada Allahverdinin halallığı, sadəcə, gülməli əhvalatdı. Böyük sənət adamları təsirləndikləri, gizli şəkildə "oğurladıqları" sələflərinin adlarını nəinki ört-basdır ediblər, hətta onlardan təsirləndiklərini (ourladıqlarını) böyük fəxrlə boyunlarına alıblar. Renessans dahisi Mikelancelonun uzun illər özündən əvvəlki rəssamlar Mazaççonun və Cottonun əsərlərini araşdırdığı bu gün də sənət tarixindən xəbəri olanlar üçün aşkar bir ustalıq nümunəsidir.
Sənət əsərlərinin bu cür gizli plagiat yoluya artıb-törəməsini, həyatda qalmasını insan bədənində nəzarətsiz şəkildə bölünərək çoxalan xərçəng hüceyrələrinə bənzətmək olar. Sezani bölünərək Pikassonu yaradır, Mazaçço parçalanaraq (Mikelancelo onun tablolarını hissə-hissə yenidən çəkirdi) Mikelanceloya çevrilir. Yaxud Gertsenin memuarında Moskva yanğınlarındakı Napoleon işğalının ölü siçovulları Kamyunun "Taun"unda yenidən ortaya çıxaraq bu dəfə faşizm işğalını rəmzləşdirirlər və s.   
Sənətlə yanaşı, elmdə, texnologiyada da plagiat yazılmamış qanun kimi daha effektiv, sivil nəticələrin əldə olunmasına xidmət edir. Birinci Dünya Müharibəsində əsgərlərin yanan, parçalanan sifətlərini bərpa etmək məqsədi ilə doktor Harold Gillis tərəfindən yaradılan plastik cərrahiyə metodu əldən-ələ keçərək bu gün zəngin adamların üzdən gözəlləşməsinə xidmət edən anatomik bir dekorasiya sənətinə çevrilib.  
Bütün bunları yazmaqda məqsədim oğurluğa haqq qazandırmaq deyil. Sadəcə, demək istəyirdim ki, plagiat, müəllifi sənət tarixinə, cəmiyyəti sivilizasiyaya bağlayan bağlardan biridir. Söhbət insanlığın yaratdığı mənəvi, intellektual sərmayədən yararlanıb ona xeyir verməkdən gedir. Unutmayaq ki, o vaxt yunan tanrısı Prometey odu oğurlayıb bizə gətirməsəydi, indi soyuqdan tük kimi titrəyərdik göydələn mağaralarımızda. Yox, bu dəfə deməyəcəyəm ki, insan oğurlamağı tanrılardan öyrənib! /oxu.az

Sosial       Tarix: 16 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən yeni xəbərlər sou biznes bugünki xəbərlər