Ohanyan Lələtəpə əməliyyatının iflasa uğramasında Paşinyanı günahlandırır - ŞƏRH

Ohanyan Lələtəpə əməliyyatının iflasa uğramasında Paşinyanı günahlandırır - ŞƏRHNikol Paşinyanın 44 günlük müharibəylə bağlı istintaq komissiyasına verdiyi ifadələr Ermənistanda geniş müzakirə edilir. Baş nazirin ittihamları ünvanına çatdıqdan sonra qarşı tərəf hədəfə götürülür. Beləliklə, Ermənistan cəmiyyətində ağız deyənin qulağı eşitmir.
Dövlətçiliyini itirmək təhlükəsiylə üz-üzə qalan düşmən ölkədə tərəflər biri-birilərini satqınçılıqda günahlandırır. Müharibənin uduzulmasında hərbçiləri ittiham edən Paşinyan orduda 11 min fərarinin olmasını deyib. Yükək rütbəli zabitləri qeyri peşəkarlıqda suçlayan baş nazirə cavab gecikməyib.
Əvvəlcə keçmiş baş qərargah rəisi Onik Qasparyan Paşinyanın cavabını verib, onu səriştəsiz və bacarıqsız adlandırıb. Bu dəfə isə növbə Seyran Ohanyana çatıb.
Uğursuz əməliyyatlarda günahlandırılan generallardan biri də Ohanyandır. Baş nazir, Ohanyanın oğlunun erməni ordusunun darmadağını ilə nəticələnən Lələtəpə əməliyyatında iştirakdan imtina etməsinə görə ittiham edib.
Paşinyana cavab verən Seyran Ohanyan isə Lələtəpə əməliyyatının uğursuzluğa düçar olmasında baş nazirin özünü günahlandırıb.
"Paşinyan əməliyyatdan əvvəl Facebook səhifəsində yaxın günlərdə güclü əməliyyata hazırlaşdıqlarını deyib. Oğluma gəlincə, o, Lələtəpə əməliyyatı zamanı yaralanıb. Nikol Paşinyanın yalan danışdığı göz qabağındadır".
Paşinyanın erməni tərəfinin itkilərinin döyüş meydanında deyil, əsasən hərəkət edərkən daha çox olduğuna münasibət bildirən Ohanyan, "Hansı ərazilərdə təhlükəli vəziyyət olduğuna komandir özü qərar verir" deyib:
"Komandir özü vəziyyəti qiymətləndirir, qərar qəbul edir və mümkün variantları və mümkün hərəkət üsullarını müəyyənləşdirir. Bombardman baş verən yerdə komandirin bir neçə qərar verməsi göz qabağındadır. Müharibənin əsas problemləri həm hərbi-siyasi vəziyyətin, həm də taktiki dairələrdəki vəziyyətin düzgün qiymətləndirilməməsinin nəticəsi idi. Nikol Paşinyanın özünün hərbi-siyasi vəziyyəti, düşmənin mümkün hərəkətlərinin mahiyyətini, həmçinin bizim qoşunlarımızı qiymətləndirmək qabiliyyəti yoxdur.
Əsas itkilərin səbəbi isə döyüş birləşmələrində nizam-intizamın təmin olunmaması idi. Bu gün Nikol Paşinyan istintaq komissiyasında əsas oxları orduya tuşlamağa çalışır. Ordu döyüşür, dövlət isə orduya hərtərəfli dəstək verməklə bağlı bütün məsələləri təmin etməlidir. Demək olar ki, səfərbərlik tapşırıqları yerinə yetirilməyib. Bu da ordunun yox, dövlətin problemidir", – deyə Seyran Ohanyan bildirib.
Otuz ildə keçilməz "sədlər" yaradanların aqibəti yaratdıqları sədlər kimi oldu. "Yeni müharibə, yeni torpaqlar" devizi ilə müharibəyə başlayan Ermənistanın hərbi-siyasi rəhbərliyi sonda kapitulyasiya aktını imzaladı. İndi isə məğlubiyyətlərində günahkar axtarırlar.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 04 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri xeber xeber.az bu gun xeberler az