Okeanların sirli aləmi, "Balıqqulağı muzeyi"nə səyahət: "300 min dollar verirdilər, yox dedim" - FOTOREPORTAJ

Okeanların sirli aləmi, Okeanların sirli aləmi, "Balıqqulağı muzeyi"nə səyahət: "300 min dollar verirdilər, yox dedim" - FOTOREPORTAJ
Ölkədə gəzməli-görməli yerlərin sayı həddən artıq çoxdur. Yenilik axtarışına çıxsaq, bir-birindən maraqlı insanlar və onların təşəbbüsü ilə ərsəyə gələn sirli məkanlar aşkarlamaq olar.
Elə onlardan birini bu gün biz də kəşf etdik. 
Okeanların sirli aləmi, Söhbət dünya okeanlarından toplanmış kiçik parçaların Bakıda cəmləşdiyi kiçik, amma ayrı bir dünyadan gedir. Bu gördüyünüz məkanda iyirmi il ərzində toplanan eksponatlar sərgilənir.
"Balıqqulağı muzeyi" kimi adlanan məkanın sahibi isə Kamandar Nəsibovdur.
Kamandar müəllim Oxu.Az-a müsahibəsində bildirib ki, özü hüquqşünas olsa da, bu onun hobbisidir. İlk eksponatını maraq üçün alan K.Nəsibov bu gün beş mindən çox əşyanı ehtiva edən kolleksiyanın sahibidir.
Nəsibov öz kolleksiyasını ofisinin xüsusi təchiz olunmuş otağında sərgiləyir.
Okeanların sirli aləmi, Buradakı balıqqulaqları Yaponiyadan tutmuş, İndoneziya, Tayland, Sinqapur, Filippin, Amerika sahilləri və digər məkanlardan toplanıb.
Bu işə həvəsin necə yaranması isə yəqin ki, sizə də maraqlıdır:
Okeanların sirli aləmi, "Okean sahilində olan zaman qumsalda bir neçə maraqlı görünüşə malik balıqqulağı gördüm. Rəngləri və görünüşləri çox fərqli idi. Bundan sonra onları toplamağa maraq yarandı. İyirmi ildən bəri hər dəfə səfərlərimi okean sahillərinə yaxın yerlərə salırdım".
Kamandar müəllim deyir ki, eksponatları özü şəxsən okeanın altından toplamasa da, əldə etmək üçün çəkdiyi zəhmət elə ən azı ona bərabərdir:
"Bu balıqqulaqlarını səyahət etdiyim ölkələrdən əldə etmişəm. Çox yox, haradasa 10-15 ədəd eksponatı şəxsən özüm okeandan çıxarmışam. Əksəriyyətini isə kolleksionerlər, dalğıclar tərəfindən satıldıqca almışam. Balıqqulaqları vitrində göründüyü qədər asan əldə edilmir, onların okeandan çıxarılması, qablaşdırılması, ölkəyə gətirilməsi kifayət qədər maddiyyat tələb edir. Hətta elə eksponatlar var ki, onların ölkəyə gətirilməsi üçün rəsmi icazə almaq məcburiyyətində də qalmışam. O zaman hətta bir neçə ölkədən balıqqulaqlarının çıxarılması qadağan idi.
Okeanların sirli aləmi, Dəfələrlə rəsmi qurumlarla danışıqlar apararaq, kolleksioner olduğumu bildirmişəm və sonra şərait yaradılıb. Bu gün proses daha da qəlizləşib, çünki okeanların çirklənməsi səbəbilə balıqqulağı çeşidlərinin, sayının azalması müşahidə edilir. Bu məsələlər öz növbəsində son bir neçə il ərzində balıqqulaqlarının qiymətinin artmasına da səbəb olub".
"300-400 dollara alınan balıqqulaqlarının qiyməti bu gün 2500-3000-ə qədər qalxıb"
K.Nəsibov eksponatlarının bir qismini internet vasitəsilə də aldığını deyib:
Okeanların sirli aləmi, "Bu hobbi həm maraqlıdır, həm də xərc tələb edir. Buna ötəri həvəs edən heç kim sahib ola bilməz. Gərək ürəkdən istəyəsən. Ötən ay Parisdə bu istiqamətdə sərgi keçirilirdi. Fransa, İngiltərə, Almaniya, İsveçrədən gələn kolleksionerlər var idi. Orada məlum oldu ki, qiymətlər həddən ziyadə qalxıb. Təxminən 200-300 kvadratmetrlik ərazini əhatə edən sərgidə öz kolleksiyamda olmayan cəmi beş, ya altı nüsxə vardı. Bu məni çox sevindirdi. Hətta mənim kolleksiyamda elə nüsxələr var ki, sərgidə nümayiş edilməmişdi".
Okeanların sirli aləmi, İlk eksponatı bu günə qədər qoruyub-saxlayan K.Nəsibov deyir ki, illər sonra o, çox bahalı və demək olar ki, nadir nüsxələrdən birinə çevrilib:
"Bu eksponatı əldə etməyimə isə "Amfibiya adam" filminin təsiri olub. Dəqiq deyə bilmərəm, qiyməti neçə idi, üstündən iyirmi il keçib. Amma məhz bu balıqqulağı ailəsi ilk əldə etdiyim nüsxələr olub".
Okeanların sirli aləmi, Türkiyədə yeddi mindən çox bənzər eksponatı olan kolleksionerin layihəsi iki milyon yarım avro dəyərində qiymətləndirilib, K.Nəsibovun kolleksiyasında isə beş mindən çox eksponat var. Nəsibov deyir ki, onun öz kolleksiyasını satmaq fikri yoxdur:
"Bakı dəniz sahilində yerləşir, bu cür muzeyin insanlar üçün əlçatan olmaması təəssüf doğurur. Məncə, dövlət tərəfindən, aidiyyəti qurumlar tərəfindən belə bir muzey təşkil olunsa, zəruri müqavilə və təhlükəsizlik baxımından şərtlərin təmin olunması ilə öz kolleksiyamı sərgiləmək üçün məmnuniyyətlə verə bilərəm. Bütün ölkələrdə dəniz sahilində yerləşən şəhərlərdə irihəcmli akvariumlar, balıqqulaqlarından ibarət muzeylər var. Bu, ölkənin mədəniyyətindən xəbər verir".
Okeanların sirli aləmi, "300 min dollar verirdilər, yox demişəm…"
K.Nəsibov kolleksiyasının təklif edilən məbləğlərdən daha qiymətli olduğunu deyir:
Okeanların sirli aləmi, "Məndə olan bəzi nüsxələr var ki, ailə olaraq təxminən 50-60 ədəd balıqqulağı çərçivəsindədir. Ona 300 min dollar təklif etdilər, yox dedim. Onlar bir ailə qrupudur və komplekt şəkildə tapmaq çətindir. Mənim qədim pul əsginaslarından, medallardan və nadir vəkil, prokuror cübbələrindən ibarət kolleksiyalarım da var. Onların hər birini maraqla, əziyyətlə ərsəyə gətirmişəm və orijinaldır deyə satmaq fikrim yoxdur".
Okeanların sirli aləmi, Akvarium və ya dəniz dibini xatırladan mini-muzeydə hətta o qədər kiçik balıqqulaqları var ki, onları yalnız böyüdücü şüşə ilə görmək olar. Elə nüsxələr də var ki, 300-400 illik yaşı var və onları tam formada adi bir insanın götürməsi çətindir.
Eksponatlar arasında 15-20 kq ağırlığında balıqqulaqları var ki, onların ölkəyə gətirilməsi öz qiymətlərindən də baha başa gəlib.
Vitrinlərə baxanda adamın başı gicəllənir, çünki hər birində dəyəri beş-altı min avro olan nadir balıqqulağı ailələri düzülüb. Hətta bir vitrinin 30-35 min, bircə balıqqulağının isə dörd-beş min dollar dəyəri ola bilir.
Müsahibimiz deyir ki, dəyər meyarı balıqqulaqlarının tapıldığı yerdən, vəziyyətindən, üzərindəki naxışlardan asılıdır:
Okeanların sirli aləmi, Okeanların sirli aləmi, "Balıqqulaqlarının təsnifatına dair 1800-cü illərdən bu günə qədər olan nadir kitablar almışam. Onların əksəriyyətinin növü, təsnifatı barədə o kitablardan məlumatlar öyrənmişəm. Həmin kataloqlar da nadir tapıldığı üçün qiymətlidir. Yadıma gəlir, o kitablardan birini 10 min avroya almışdım. O qədər nadir tapılan balıqqulaqları var ki, bu gün onları böyüdücü altında görmək mümkündür. 1800-cü illərə aid kitabların olması bunu göstərir ki, bu sahəyə maraq hələ o dövrlərdən olub".
Okeanların sirli aləmi, Okeanların sirli aləmi, Burada gəzişərkən ağlımıza Mədəniyyət Nazirliyinin aidiyyəti qurumlarının belə bir kolleksiyadan xəbərdar olub-olmadığı sualı gəldi. Elə sualı verməyə hazırlaşırdıq ki, müsahibimiz sanki fikirlərimizi oxudu:
Okeanların sirli aləmi, "Mədəniyyət Nazirliyindən nümayəndələr gəlmişdilər. Təklif etdilər ki, eksponatları onlara verim, onlar da muzey açsınlar. Mən isə təklif etdim ki, onlar muzeyi açsınlar, mən eksponatların sərgilənməsinə köməklik edəcəyəm. Çünki bu, geyim kolleksiyası deyil, onları sinif, qrup, növlərinə görə ardıcıl düzmək lazımdır, təsnifatları barədə məlumatlar qeyd olunmalıdır. İnanmıram ki, mənsiz onlar məlumatları düzgün yerləşdirsinlər. Amma bu söhbət elə orada da qaldı, yəqin, onların maraqları ilə mənim maraqlarım üst-üstə düşmədi".

Baxdıqca təəssüfləndiyimiz məqam isə bu gözəlliyi sadəcə K.Nəsibovu tanıyanların seyr etmək şansının olmasıdır. Çünki belə bir kolleksiyanın ictimaiyyətə açıq muzeydə sərgilənməsi turizm baxımından da faydalı ola bilər.
Müsahibim deyir ki, hazır muzey kolleksiyasından düzgün istifadə etmək istəyən tapılmır:

"Bu hazır muzeyi ictimaiyyətə açıq şəkildə təşkil etsələr, turizmin inkişafına da töhfə olar. Çünki özüm səyahət etdiyim ölkələrdə bu tip muzeylərə giriş yerli əhali üçün bizim pulla beş manat, turistlər üçün on manat təşkil edilsə, gün ərzində muzeyə 300-500 adam gəlsə, xeyli pul edir. Bu, maddi tərəfi, amma bunun maraq dairəsi də var. İnsanları cəlb edir. Heç kim bununla maraqlanmır. İnsanlar şəxsi maraq güdmək əvəzinə, dövlətin maraqlarını düşünsələr, məncə, ortaya çox gözəl işlər qoymaq olar".

Eksponatları qorumaq üçün zəruri təhlükəsizlik tədbirləri görülüb. İyirmi ildir, qorunub-saxlanılan eksponatlara nə baxmaqdan doyduq, nə də barələrində danışmaqdan. Ümid edək ki, növbəti dəfə ictimaiyyətə açıq şəkildə olan muzey kimi ziyarət edərik, gələcəkdə ölkəyə gələn turistlər də bu gözəlliyi seyr etmək şansı əldə edərlər...

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev

Maraqlı     Baxılıb: 478   Tarix: 26 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Nebahat Çehredən pərəstişkarlarını qorxudan xəbər - FOTO

Nebahat Çehredən pərəstişkarlarını qorxudan xəbər - FOTO. Türkiyənin məşhur aktrisası Nebahat Çehredən pərəstişkarlarını kədərləndirən xəbər gəlib. Belə ki, aktrisa təcili xəstəxanaya yerləşdirilib. Məlumata görə, N.Çehreni

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeber son xeber 2025 zelzele cəbhədən son xeber