Oktyabrda Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bu ilin oktyabrında Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək.
azxeber.com xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 6-da Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransın açılış mərasimində deyib.
Onun sözlərinə görə, COP29-a həsr olunmuş tədbirə dünya dövlətləri və beynəlxalq təşkilatların rəhbər şəxsləri qatılacaq, iqlim dəyişikliyi də müzakirə ediləcək.
S.Əliyeva bildirib ki, Azərbaycan Konstitusiyası sağlam ətraf mühitin təmin olunmasını təmin edir: "Sağlam ətraf mühitdə yaşamaq hüququ eyni zamanda vətəndaşların sosial durumu baxımdan əhəmiyyətlidir. Son dövrlər dünyada gedən proseslər təbiətlə cəmiyyət arasında ciddi problemlərə səbəb olub. Ekologiyanın qorunub saxlanılması və ekoloji problemlərinin yaranma səbəblərinin onların həll yollarının tapılması vacib şərtlərdəndir. İqlim dəyişikliyi ilə mübarizədə COP xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir. Ətraf mühitə mənfi təsir göstərən amillərdən biri də müharibədir. Müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mina ilə çirkləndirilməsi, təbii ehtiyatların talanması dünya ictimaiyyətinin diqqətinə çatdırılıb".
Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb