Öldürdüyü qadının pullarını götürüb sevgilisi ilə Şamaxıya getdi - Bir cinayətin TƏFƏRRÜATI

Öldürdüyü qadının pullarını götürüb sevgilisi ilə Şamaxıya getdi - Bir cinayətin TƏFƏRRÜATIÖtən il mayın 30-dan 31-nə keçən gecə Bakının Sabunçu rayonunda 31 yaşlı Türkan Cəbrayılovanın (ad və soyad şərtidir) qətlə yetirilməsi hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən 1993-cü il təvəllüdlü Eynur Əlizadə Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq 181.3.3 - zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla) maddələri ilə təqsirləndirilib.
İstintaq zamanı məlum olub ki, "Atef" şirkətlər qrupunda anbardar vəzifəsində işləmiş Eynur Türkanla sosial şəbəkə vasitəsilə hadisədən təxminən altı ay əvvəl tanış olub. Daha əvvəl ailəli olmuş və həyat yoldaşından boşanmış qadın Eynurla bir neçə dəfə tək yaşadığı mənzildə görüşüb.
Mayın 30-da onlar növbəti dəfə görüşərkən Eynur Türkanın 14 min manatdan artıq pulunun olduğunu öyrənib. Həmin pulları ələ keçirmək məqsədilə o, qadını öldürmək qərarına gəlib. Gecə saatlarında 31 yaşlı Türkan Ucarda yaşayan bacısı ilə telefonda danışarkən Eynur Əlizadə ona hücum edərək naqillə boğmağa başlayıb.
Məhkəmədə şahid qismində dindirilən mərhum T.Cəbrayılovanın bacısı telefonda onun qışqırıq və xırıltı səsini eşitdiyini deyib:
"Bacımla telefonda danışarkən yanından kişi səsinin gəldiyini eşitdim. Türkan ondan koronavirus xəstəsinin küçəyə çıxa bilib-bilməyəcəyini soruşdu. O da: "Bəli, koronavirus xəstəsi evdən kənara çıxa bilməz", - dedi. Bu zaman anidən telefondan bacımın qışqırıq səsi gəlməyə başladı. Sanki kimsə onu boğurdu. Lakin qısa müddət sonra bacımın səsi kəsildi və xırıltı səsləri gəlməyə başladı. Səsdən anladım ki, bacımın başına nəsə gəlib. Dərhal DİN-in "102" Xidmətinə zəng edərək bu barədə məlumat verdim, daha sonra isə qardaşıma dedim. Qardaşım dərhal Bakıya getdi və öyrəndik ki, Türkanı öldürüblər".
Məhkəmə prosesində məlum olub ki, E.Əlizadə Türkanı qətlə yetirdikdən dərhal sonra Bakıxanov qəsəbəsindəki evdən 14700 manat pulu və onun telefonunu götürərək çıxıb. Hadisədən sonra Aygün (şərti adlı) adlı sevgilisinə zəng edərək ona kirayə avtomobil götürərək "Koroğlu" stansiyasının yanına gəlməsini bildirib və taksi ilə həmin qadına 1000 manat göndərib.
Aygün "Rent a car"dan avtomobil kirayəyə götürərək həmin yerə gəlib və onlar birlikdə Şamaxı rayonuna istirahətə gediblər. Mayın 31-dən iyunun 2-dək Şamaxıda və İsmayıllıda hotellərdə istirahət edən cütlük daha sonra Bakıya qayıdıb. Şamaxıda olarkən Eynur Aygünə 660 manat dəyərində qızıl-zinət əşyaları da hədiyyə alıb.
Bakıya qayıtdıqdan sonra polis Eynurun yerini müəyyən edərək onu saxlayıb və istintaqa təhvil verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may tarixli hökmü ilə Eynur Əlizadə yuxarıda qeyd edilən maddələrlə təqsirli bilinib. Ona 18 il həbs cəzası verilib.

Sosial       Tarix: 24 may 2022
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler 2026 sou xeberler bugun en son xeber siyaseti xeberler bugun