Ölən həkim bu xəstəxanada əməliyyat olunubmuş - Açıqlama

Ölən həkim bu xəstəxanada əməliyyat olunubmuş - AçıqlamaXəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu 43 yaşlı Gülnarə Əkbərova cərrahi əməliyyatdan sonra vəfat edib.
KONRKET.az Bizim.Media-ya istinadən xəbər verir ki, həyatını itirən həkimin bacısı Səkinə Əhədova Gülnarə Əkbərovanın həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib.
Məlumata görə, həkim Gülnarə Əkbərova SAF Hospitalda dünyasını dəyişib.
Həmçinin, onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
***
Hadisə ilə bağlı sözügedən xəstəxanadan "Qafqazinfo"ya bildirilib ki, 1983-cü il təvəllüdlü, onkoloji xəstəlikdən əziyyət çəkən pasiyent 25 fevral tarixində ağır vəziyyətdə digər tibb müəssisəsindən "SAF Hospital"a təxliyə olunub:
"Pasiyentin tənəffüsü traxeostom boru vasitəsilə süni tənəffüs aparatı (STA) ilə təmin edilirdi.
Qəbul zamanı traxeya və traxeostoma nahiyəsindən aktiv qanaxma müşahidə olunurdu.
Pasiyent hemodinamik cəhətdən kritik qeyri-stabil vəziyyətdə idi. Arterial təzyiq yüksək dozalı üçkomponentli inotrop dəstəyi ilə saxlanılırdı. Şüur səviyyəsi Glasgow Koma Şkalası üzrə 3 bal (GKS 3) olaraq qiymətləndirilib.
Qanaxmanın mənbəyini müəyyən etmək məqsədilə selektiv angioqrafiya müayinəsi icra edilmişdir. Angioqrafiya zamanı hər hansı cərrahi və ya digər invaziv müdaxilə aparılmayıb.
Müayinədən sonra pasiyent reanimasiya şöbəsinə köçürülmüşdür. Reanimasiya şöbəsində müşahidə zamanı qanaxma davam etmiş, sonradan qəfil və profuz xarakter almışdır. Təxminən 1500 ml həcmində massiv qan itkisi fonunda hemorragik şok inkişaf etmiş, arterial təzyiqin kəskin enməsi qeydə alınıb.
Aparılan intensiv terapiya, yüksək dozalı vazopressor və inotrop dəstək, həmçinin transfuzion və perfuzion müalicəyə baxmayaraq, arterial təzyiqin stabilləşdirilməsi mümkün olmayıb.
Massiv qanaxma və proqressivləşən hemorragik şok fonunda pasiyentdə kardiopulmonar fəaliyyətin dayanması baş verib. Aparılmış bütün reanimasion tədbirlərə baxmayaraq, bioloji ölüm qeydə alınıb". / konkret.az

Hadisə       Tarix: 28 fevral 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Bakıda oğul anasını bıçaqladı

Bakıda qadın bıçaqlanıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətlər

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu