Öləndən sonra gizli məktubu çıxan sənətkarımız Eldəniz Zeynalov - FOTO

Öləndən sonra gizli məktubu çıxan sənətkarımız Eldəniz Zeynalov - FOTOÖləndən sonra gizli məktubu çıxan sənətkarımız Eldəniz Zeynalov - FOTO
Aktyor, Xalq artisti Eldəniz Zeynalovun ölümündən 19 il keçib. 
1936-cı il dekabrın 31-dən 1937-ci ilin yanvarın 1-nə keçən gecə Bakının Yuxarı Dağlı küçəsində hərbçi Məmmədlə Zeynəbin ailəsində doğulub. Adını ailənin qonşuluğunda yaşayan şair Səməd Vurğun qoyub:
"Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun".
Eldəniz Zeynalov dayısının sənətini seçir. Dayısı Azərbaycanın tanınmış aktyoru Həsənağa Salayevdir. Tez-tez dayısı ilə onun çalışdığı Akademik teatra gedir, saatlarla məşqə tamaşa edirmiş. Bəzi uşaq rollarında da oynayıb. Dayısı ilə birgə tamaşaçı qarşısına çıxıb baş əydikləri anları sonradan Eldəniz Zeynalov həyatının ən şirin xatirəsi kimi zarafatla xatırlayır:
"Elə o vaxtdan başıma daş düşdü".
Öləndən sonra gizli məktubu çıxan sənətkarımız Eldəniz Zeynalov - FOTOUşaq olanda qardaşlarını tamaşaya aparır. Əhvalat belə olur: Ət tapılmayan zamanlar idi. Birgə yemək yeyəndə öz qabındakı küftənin suyunu asta-asta içib, qardaşlarının yeməklərinin hamısını yemələrini gözləyib. Qardaşların qabı boşalandan sonra baxıblar ki, Eldənizin boşqabında küftələr diri qalır, yalvarıblar ki, bizə də ver küftələrdən. Eldəniz küftəni onlara pulla satmağa razılaşıb, aldığı pula isə səhəri gün uşaq tamaşasına qardaşları üçün bilet alıb gətirib.
İlk kino rolu "Əhməd haradadır" filmində Rəngsaz Əhməddir.
"Bir cənub şəhərində" filminə çəkilərkən Eldəniz rejissorun təkidi ilə qızı qucaqlamalıymış.
Aktrisa buna razılıq verməyib. Rejissor israr edib ki, bu kadr hökmən alınmalıdır. Belə olan halda Eldəniz rejissora deyib ki, narahat olma, işıqları söndür, mən onu qəflətən qucaqlayacam. Belə də ediblər. İşıqlar sönən kimi qızı necə qucaqlayıbsa, qız başlayıb qışqırmağa. Rejissor göstəriş verib ki, çəkin. O filmdəki kadr yalançı kadr deyil, doğrudan da, qız çığır-bağır edir, Eldənizin üstünə qışqırır.
Öləndən sonra gizli məktubu çıxan sənətkarımız Eldəniz Zeynalov - FOTOFilmlərimizdə ən az sözü olan obrazları oynayıb, amma hər dediyi kəlmə tamaşaçıların dilində əzbərdir:
"Tofiqin canı üçün buraxmaram...", "Lazım gəlsə olar", "Gördün ala, bütün Amerika mən diyəni diyir", "Başımın razmeri də 59-dur...", "Buna bax, mən ölüm, menya ubit xoçet", "Ağa naçalnik, biri deyir tax. Biri deyir çıxart!" və s.
Azərbaycan kino sahəsində haqqında bu qədər əhvalat gəzən, adına bu qədər lətifə danışılan adam yoxdur. Bir dəfə tamaşalardan birində səhnənin arxasından danışa-danışa, yəni alqış istəyə-istəyə çıxan Eldənizə əl çalmırlar. Eldəniz Zeynalov təəccüblənir. Tərəf-müqabili öz replikasını deyəndə, Eldəniz onu saxlayır: "Ala, bir dəyqə diyan sən... Ay camaat, mənəm də, Eldəniz, nöş əl çalmursuz?" deyir, səhnəni gülüş və alqış sədaları bürüyür.
Bir dəfə Eldəniz Yaponiyadan gətirilən maşın alıbmış. Maşının sükanı sağdaymış. Eldəniz maşını alan kimi Mikayıl Mirzə ilə Şıx çimərliyindəki kababxanada yaxşıca yeyib-içirlər. Qayıdanda onları yol polisi saxlayır. Eldəniz əsəbiləşir:
"Alə, yekə kişisiz, nə istəyirsiz, bu camaatdan? Niyə adamları incidirsiz? Ölürsüz rüşvət almaq üçün. Görmürsüz, maşında iki böyük sənətkar gedir? Mən cəhənnəm, Mikayıl müəllimi tanımırsız bəyəm? Evdə televizorunuz yoxdur?".
Öləndən sonra gizli məktubu çıxan sənətkarımız Eldəniz Zeynalov - FOTOBu zaman Mikayıl Mirzə tez maşından düşüb girir Eldənizin qoluna. Yol polisindən üzr istəyib Eldənizi maşına tərəf çəkir. Özündən asılı olmayaraq, sol qapını açıb Eldənizi içəri salır. Özü də qayıdır polisin yanına ki, bir az dil-ağız etsin. Maşına vərdiş etməyən Eldəniz deyinə-deyinə əlini sükana atır, görür sükan yoxdur. Tez qapını açıb düşür və yüyürüb polisin yaxasından tutur ki: "Bura bax, alə, Eldəniz səninçün hərif-zad deyil. Tez ol rulu geri qaytar..."
Xalq artisti fəxri adı ona çox gec verilir. Bu adın sevincini ürək dolusu ilə yaşaya bilmir. O zaman artıq xəstəxanada idi. Onu təbrik edib "Fəxri ad alacağınızı gözləyirdinizmi?" deyə soruşanlara "Gözləyirdim, deyəndə, bu adı elə xalq arasında daşıyırdım. Bəzi aktyorlar Xalq artisti adını alanda məndən bir növ utanırdılar. Sağ olsun, dövlətimiz, yenə də əməyimi qiymətləndirdi" deyib.
Eldəniz Zeynalovun qardaşı Tofiq Zeynalov uzun illər Dövlət televiziyasında rejissor işləyib, Eldəniz Zeynalovun da oynadığı "Qonşu qonşu olsa" tamaşasının rejissoru olub.
Öləndən sonra gizli məktubu çıxan sənətkarımız Eldəniz Zeynalov - FOTOEldəniz Zeynalov adi bir qəza üzündən xəstələnir. Təsadüfən ayağını sındırır və bu hadisədən sonra altı ay xəstə yatır. Travmatologiya İnstitutunda əməliyyat olunaraq iki ay orada müalicə alır. Daha sonra həkimlər ayağının yenidən əməliyyat olunmasını məsləhət görürlər. Bu dəfə Respublika Elmi Arterioloji Mərkəzdə əməliyyat olunur. Bu dəfə də uğursuz keçirilir. Əməliyyatdan sonra vəziyyəti günbəgün ağırlaşır.
"Ayağı sınandan sonra atam xəstə yatırdı. Həkimlər onu düzgün əməliyyat etməmişdilər. Yataq xəstəsi olmuşdu, gəzə bilmirdi. Heç ayağa da qalxa bilmədi, üstəlik dinib-danışmır, bütün günü halsız qalırdı. Bəzən kənardan deyirlər ki, məclis adamı idi və yaxud hansısa səbəbdən rəhmətə getdi. Amma fakt budur ki, o, məhz ayağının sınması üzündən dünyasını dəyişdi. Ayağında çürümə başlamışdı", - deyə oğlu Elbrus bildirib. 
Yastığının altından sonradan sənət dostu Telman Adıgözəlova yazdığı məktub çıxıb. Məktubda aktyor övladlarını, ailəsini Telman Adıgözəlova tapşırıbmış.
Kulis.az

Sosial       Tarix: 06 noyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler kriminal son xəbərlər azərbaycanda xeber.az bu gun