Ölkədə ən az poçt göndərişi bu ayda olub

Ölkədə ən az poçt göndərişi bu ayda olubBu gün dünyada saysız çatdırılma xidməti mövcuddur. Hər gün yeni bir çatdırılma şirkəti fəaliyyətə başlayır və bu sektorda öz yerini alır. Bəs Azərbaycanın milli poçt xidməti bu rəqabətə davam gətirə bilirmi? İl ərzində ölkədə neçə çatdırılma poçt vasitəsilə həyata keçirilir?
KONKRET.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı "Azərpoçt" MMC ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, son dövrlərə qədər əsasən klassik poçt xidmətləri göstərən "Azərpoçt" 2021-ci ildən etibarən transformasiya mərhələsinə keçib və bir sıra yeniliklərə imza atıb:
"Belə ki, son 3 ildə xidmətlərin sayında və formasında dəyişiklik edən milli poçt operatoru xidmət keyfiyyətində də irəliləyişlər əldə edib.
Bunun nəticəsidir ki, poçt göndərişlərinin sayında stabillik müşahidə olunur və bəzən isə artım nəzərə çarpır. Belə ki, hər ay orta hesabla ölkə üzrə poçt şöbələrində 564,130 poçt göndərişi icra olunur".
Cari ilin 9 ayı ərzində göstərilən poçt xidmətlərinə baxdıqda, poçt göndərişlərinin sayının ən az iyun ayında olduğunu görə bilərik:
"İyun ayında 484.258 ədəd göndəriş edilib. Ən çox göndəriş isə 625.889 ədəd olmaqla may ayında qeydə alınıb:
Qeyd edilib ki, nəticə etibarilə 9 ayın yekununda poçt göndərişlərinin sayı 5.077.170 ədəd olub:
"Onu da qeyd edək ki, şöbələrimizdə poçt göndərişlərindən əlavə, ölkədaxili və beynəlxalq pulköçürmələri, elektron kommersiya  göndərişləri, kommunal ödənişlərin icrası və digər oxşar xidmətlər də müştərilərə təqdim olunur".

Sosial       Tarix: 12 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler son xeberler azerbaycan xeberleri maraqlı xəbərlər krminal bu gun bu gunun xeberleri axsam.az xeberler