Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika fənn olimpiadalarının final turu keçirilir.
Final mərhələsində ölkənin müxtəlif bölgələrindən və məktəblərindən seçilmiş ümumilikdə 832 şagird iştirak edir. Olimpiada 2 gün davam edəcək və iştirakçılar 5 fənn üzrə – fizika, riyaziyyat, biologiya, Azərbaycan dili və tarix üzrə biliklərini sınayacaqlar.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının biologiya və fizika fənləri üzrə yalnız nəzəri deyil, eyni zamanda praktiki turlar da təşkil olunub. Bu mərhələlərdə şagirdlərin bilikləri ilə yanaşı, praktiki bacarıqları və analitik düşünmə qabiliyyətləri də qiymətləndirilir.
Bu gün fizika fənni üzrə praktiki tur keçirilib, sabah isə həmin fənn üzrə nəzəri mərhələ təşkil olunacaq. Biologiya fənni üzrə isə iştirakçılar artıq həm nəzəri, həm də praktiki turlarda öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Riyaziyyat fənni üzrə imtahan isə iki gün ərzində davam edir.
Respublika fənn olimpiadalarının final mərhələsi istedadlı şagirdlərin üzə çıxarılması, onların elmi potensialının inkişaf etdirilməsi və gələcək uğurlarına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. / azxeber.com

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü
"Sabah" ev oyunlarını bu stadionda keçirəcək
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?
Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu