Ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya Ermənistana ciddi iqtisadi zərbə vuracaq

Ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya Ermənistana ciddi iqtisadi zərbə vuracaq"Azərbaycan öz xarici siyasətini uzun zamandır geosiyasi və tarixi şəraiti nəzərə alaraq balanslaşdırılmış formada həyata keçirir. Müasir dünyanın ən aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycan da enerji istehsalçısı kimi bu məqamı xarici siyasətdə güclü bir vasitə kimi öz lehinə çevirməyi bacarıb".
azxeber.com xəbər verir ki, bunu "Vətəndaş" İctimai Birliyinin sədri Günel Səfərova bildirib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməyimiz Azərbaycanın müstəqilliyini möhkəmlətməklə yanaşı xarici siyasətimizə də yeni istiqamət verdi:
" Bu istiqamət əməkdaşlıq və kommunikasiyanın doğru qurulmasıdır. Bəli, məhz doğru yanaşma Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılmasına, qonşu ölkələrlə qarşılıqlı münasibətlərin hüquqi müstəviyə çıxarılmasına və yeni münasibətlər sisteminin formalaşmasına səbəb oldu. Ermənistan ona verilən tarixi şansı növbəti dəfə dəyərləndirə bilmədi. İqtisadi cəhətdən çətin vəziyyətdə olan Ermənistana Zəngəzur dəhlizi hava su kimi lazım idi. Azərbaycanın son addımı Ermənistanın blokadadan çıxma, bölgədəki iqtisadi inkişafdan faydalanmaq imkanını əlindən aldı. Bu gün dünya ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya Ermənistana ciddi iqtisadi zərbə vuracaq. Məhz indiki vəziyyətdə Türkiyə və Azərbaycanla münasibəti yaxşılaşdırmaq imkanını itirmək Ermənistan üçün ciddi problemlər yaradacaq. Azərbaycanın yeni dəhlizi İranla anlaşma şəraitində həyata keçirməsi həm bölgənin enerji təhlükəsizliyi, həm də nəqliyyat kommunikasiya infrastrukturunun inkişafı ilə nəticələnəcək ki, bu da regionda ölkəmizi yenidən fərqləndirəcək. Azərbaycan diplomatiyası baş verən hadisələri anında dəyərləndirib strateji yanaşma nümayiş etdirdi. İndi regionda münasibətlər daha çox Azərbaycanla razılaşdırılmış formada həyata keçiriləcək. Ermənistan isə çoxdan xəyalını qurduğu dəmir yolunu unudub, o qatarın arxasınca baxmalı olacaq".

Sosial       Tarix: 12 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler cəbhədən son məlumat cebheden xeber ən son xəbər